Tüpürüm sizin mentalitetinizə

OĞUZ AYVAZ
45185 | 2018-04-24 10:56

Bu günlərdəyenə intihar hadisəsi qabağımıza çıxdı. Bir qız metroda özünü qatarın altınaatdı. İntihar edən qızın cibindən çıxan kağız onun taleyini əks etdirib. Gəlin,bu taleyi bir yerdə oxuyaq:

"Ölümümdə atamı günahlandırın. Yaşım keçib deyə atamın dostu Fərruxa ərəgedə bilmərəm. Yaşayan ölü kimi olmaqdansa, ölmək daha yaxşıdı.”

Bu soyuq cümlələrdə həqiqət düz üzümüzə çırpılır. İntiharın yerini göstərirqadın – atası. O ata tək deyil, çoxdur. Onlarla, yüzlərlə. Öz qızına, qadınınakölə kimi baxan bir ata.

Bu cürhadisələri cəmiyyətimizdə tez-tez eşidirik. Analar, atalar uşaqlarına qoyun, özeqolarından yaranmış parazit kimi baxırlar. Təsəvvür edin, ata gəncliyindəfutbolçu olmaq istəyirmiş, ancaq atası bunu ürəyində qoyub və başqa ixtisasayönləndirib. Ata da öz intiqamını uşağından alır. Oğlunu kiçik yaşlarındanfutbol məktəbinə yazdırır. Ona görə ki, öz arzusu gözündə qalıb. Nə zamansa buistək gərçəkləşməlidir. Oğul da böyüyür amma futbolçu ola bilmir. Çünkiistedadı başqa sahədə imiş. Ata yenə dəoğlun üstünə gedir, ona qadağalar qoyur. Axır nəticədə oğlunun həyatını məhvedir.

Bir hadisə də eşitmişdim. Deməli, qız sevgilisinin fotolarını telefonundasaxlayırmış. Bir gün qardaşı bu fotoları görür, başlayır qızı o ki var döyməyə.Axşam ata gəlir evə. Hadisədən vaqe olan kimi o da qızı var gücüylə döyür.Sonra bilirsiniz, nə olur? Qız gecə evdən çıxır və intihar edir.

Bu da sizin ailə tərbiyəniz.Namus anlayışınız. Tüpürüm, belə adət-ənənəyə,mentalitetə ki, insan həyatını məhv edir. Hansı ki o insan gəncdi hələ. Onun dasevgiləri, seçimləri, mövqeyi, arzuları olur. Və onun bütün istəklərini də eləən doğma atası, anası, qardaşı məhv edir.

Ümumiyyətlə, bu "ər evi”məsələsi nədir belə? Bir qadın mütləq ərə getməlidirmi? Onun tək yaşamaq hüququyoxdurmu?

O qədər təhlükəli cəmiyyətdəyaşayırıq ki, bir qadının tək yaşamasına dözə bilmirik. O qadın təkdisə, deməlibaşına iş gələcək, namusunu əldən verəcək, camaatın içində biabır olacaq.

Yaşı keçib deyə ona hamı lağedəcək. Bu qadının yanında mütləq ər sözü durmalı olacaq. O söz olmasa o qadınhəmişə əzab çəkəcək, gecələr yuxusu olmayacaq. Hər gün kimlərsə ona bu mövzunuxatırladacaq, xatırladacaq. Bezdirəcək, bezdirəcək.

Və yaxud ata övladınınuniversitet ixtisasına belə qarışır. Ona investisya kimi baxır. Gələcəkdədeyir, oğlum mənə baxar.

Daha nə qədər belə hadisələr,faicələr eşidəcəyik?

Daha nə qədər gəncimiz öləcək?

Ay atalar, ay analarövladlarınızın seçimlərinə qarışmayın, onlar da sizin, bizim kimi İNSANdırlar.

Sevmək azadlıq verməkdir. Əgərbir insanı sevirsinizsə azadlığını əlindən almayın. Əgər o sizi həqiqətənsevirsə, harda olur olsun və nə olur olsun sonda sizin yanınıza qayıdacaq vəsizinlə olacaq, əgər bunun əksi olarsa, demək ki, o sizin deyil və heç vaxt daolmayıb. Ən güclü sevgilərdə belə insan bir az da olsa öz azadlığını istəyir.Sevib xoşbəxt olmaq istəyirsənsə qorxulardan azad olmağı bacarmalısan.

Cəmiyyətin sübuta yetirilməmişfikrilə oturub-durmaq bədbəxtlikdir. Heç vaxt qohumlarınızın, dostlarınızın,ətrafınızın xoşuna gəlmək üçün deyil, özünüz üçün yaşayın. Bu həyat bircə dəfəverilir adama. Əgər ürəyinizin səsinə qulaq asıb hərəkət edirsizsə deməli doğruyoldasız. Bəzən soruşurlar ki, ədəbiyyat nəyə lazımdır. Cavab verirəm: özünü,vicdanını güzgüdə görmək üçün.

TƏQVİM / ARXİV