viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Tüpürüm sizin mentalitetinizə Adalet.az | Tüpürüm sizin mentalitetinizə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Tüpürüm sizin mentalitetinizə

27743    |   2018-04-24 10:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə yenə intihar hadisəsi qabağımıza çıxdı. Bir qız metroda özünü qatarın altına atdı. İntihar edən qızın cibindən çıxan kağız onun taleyini əks etdirib. Gəlin, bu taleyi bir yerdə oxuyaq:

"Ölümümdə atamı günahlandırın. Yaşım keçib deyə atamın dostu Fərruxa ərə gedə bilmərəm. Yaşayan ölü kimi olmaqdansa, ölmək daha yaxşıdı.”

Bu soyuq cümlələrdə həqiqət düz üzümüzə çırpılır. İntiharın yerini göstərir qadın – atası. O ata tək deyil, çoxdur. Onlarla, yüzlərlə. Öz qızına, qadınına kölə kimi baxan bir ata.

Bu cür hadisələri cəmiyyətimizdə tez-tez eşidirik. Analar, atalar uşaqlarına qoyun, öz eqolarından yaranmış parazit kimi baxırlar. Təsəvvür edin, ata gəncliyində futbolçu olmaq istəyirmiş, ancaq atası bunu ürəyində qoyub və başqa ixtisasa yönləndirib. Ata da öz intiqamını uşağından alır. Oğlunu kiçik yaşlarından futbol məktəbinə yazdırır. Ona görə ki, öz arzusu gözündə qalıb. Nə zamansa bu istək gərçəkləşməlidir. Oğul da böyüyür amma futbolçu ola bilmir. Çünki istedadı başqa sahədə imiş. Ata yenə də oğlun üstünə gedir, ona qadağalar qoyur. Axır nəticədə oğlunun həyatını məhv edir.

Bir hadisə də eşitmişdim. Deməli, qız sevgilisinin fotolarını telefonunda saxlayırmış. Bir gün qardaşı bu fotoları görür, başlayır qızı o ki var döyməyə. Axşam ata gəlir evə. Hadisədən vaqe olan kimi o da qızı var gücüylə döyür. Sonra bilirsiniz, nə olur? Qız gecə evdən çıxır və intihar edir.

Bu da sizin ailə tərbiyəniz. Namus anlayışınız. Tüpürüm, belə adət-ənənəyə, mentalitetə ki, insan həyatını məhv edir. Hansı ki o insan gəncdi hələ. Onun da sevgiləri, seçimləri, mövqeyi, arzuları olur. Və onun bütün istəklərini də elə ən doğma atası, anası, qardaşı məhv edir.

Ümumiyyətlə, bu "ər evi” məsələsi nədir belə? Bir qadın mütləq ərə getməlidirmi? Onun tək yaşamaq hüququ yoxdurmu?

O qədər təhlükəli cəmiyyətdə yaşayırıq ki, bir qadının tək yaşamasına dözə bilmirik. O qadın təkdisə, deməli başına iş gələcək, namusunu əldən verəcək, camaatın içində biabır olacaq.

Yaşı keçib deyə ona hamı lağ edəcək. Bu qadının yanında mütləq ər sözü durmalı olacaq. O söz olmasa o qadın həmişə əzab çəkəcək, gecələr yuxusu olmayacaq. Hər gün kimlərsə ona bu mövzunu xatırladacaq, xatırladacaq. Bezdirəcək, bezdirəcək.

Və yaxud ata övladının universitet ixtisasına belə qarışır. Ona investisya kimi baxır. Gələcəkdə deyir, oğlum mənə baxar.

Daha nə qədər belə hadisələr, faicələr eşidəcəyik?

Daha nə qədər gəncimiz öləcək?

Ay atalar, ay analar övladlarınızın seçimlərinə qarışmayın, onlar da sizin, bizim kimi İNSANdırlar.

Sevmək azadlıq verməkdir. Əgər bir insanı sevirsinizsə azadlığını əlindən almayın. Əgər o sizi həqiqətən sevirsə, harda olur olsun və nə olur olsun sonda sizin yanınıza qayıdacaq və sizinlə olacaq, əgər bunun əksi olarsa, demək ki, o sizin deyil və heç vaxt da olmayıb. Ən güclü sevgilərdə belə insan bir az da olsa öz azadlığını istəyir. Sevib xoşbəxt olmaq istəyirsənsə qorxulardan azad olmağı bacarmalısan.

Cəmiyyətin sübuta yetirilməmiş fikrilə oturub-durmaq bədbəxtlikdir. Heç vaxt qohumlarınızın, dostlarınızın, ətrafınızın xoşuna gəlmək üçün deyil, özünüz üçün yaşayın. Bu həyat bircə dəfə verilir adama. Əgər ürəyinizin səsinə qulaq asıb hərəkət edirsizsə deməli doğru yoldasız. Bəzən soruşurlar ki, ədəbiyyat nəyə lazımdır. Cavab verirəm: özünü, vicdanını güzgüdə görmək üçün.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK