adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Aprel 2018 13:22
12786
GÜNDƏM
A- A+

İbad Hüseynliyə “Dünya Avşarları Altun Üstün Cesaret Madalyası” təqdim edildi - FOTOLAR

Aprelin 18-də Türkiyənin Adana şəhərində Dünya Avşarları Derneyi tərəfindən "DÜNYA AVŞARLARI QURULTAYI” keçirilib. Qurultaya Türk Dünyasının qəhrəman oglu İbad Hüseynli fəxri qonaq olaraq dəvət edilib. Bir çox alimlərin iştirak etdiyi qurultay 3 gün davam edib.

Qurultayın ilk açılış günü İbad Hüseynliyə "Dünya Avşarları Altun Üstün Cesaret Madalyası” təqdim edilib. Medalı qəhrəmana Adana Böyükşəhər Bələdiyyəsinin başqanı Hüseyin Sözlü təqdim edərək özünün Avşar oldugunu və bununla da qürur duydugunu bildirib və qəhrəmanımızı təbrik edərək bir daha Adanaya gəldiyi üçün təşəkkür edib. Eyni zamanda həmin gün Adanada İbad Hüseynlinin adına verilmiş yeni bir kitabxananın açılışı olub

Onu da xatırladaq ki, İbad Hüseynlinin adına Türkiyənin Ankara şəhərində küçə, Qaziantəp şəhərində park, Kırşəhərində küçə verilib.