adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2018 12:58
12615
GÜNDƏM
A- A+

Nazir: Azərbaycanın OPEK-ə daxil olması gündəlikdə deyil

Azərbaycanın OPEK-ə daxil olması məsələsi gündəlikdə deyil.

Bunu jurnalistlərə Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, neft hasilatının azaldılması barədə saziş çərçivəsində Azərbaycanın OPEK-lə əməkdaşlığı uğurlu olub:

"Azərbaycan OPEK+ çərçivəsində əməkdaşlığı uğurlu hesab edir. Məqsədlər əldə olunub və bu, bazarda da müşahidə olunur. Biz bu uğurlu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycanın OPEK-ə qoşulması məsələsi gündəlikdə deyil”.