adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Aprel 2018 11:50
15345
GÜNDƏM
A- A+

Müdafiə Nazirliyi: “Düşmən təxribatına qarşı tədbirlər görüləcək”

Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdəguya,Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan video ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat xidməti açıqlama verib.

Nazirlikdən Adalet.az-a verilən açıqlamada deyilir:

"Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdəguya,Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır. Nümayiş etdirilən kadrlarAzərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanıuzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.