adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Aprel 2018 10:58
8702
HADİSƏ
A- A+

FHN-nin helikopteri dənizdə batan 2 gənci axtarır

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

FHN-dən Adalet.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara nazirliyin aviasiya dəstəsinin "Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.