adalet.az header logo
  • Bakı 17°C
22 Aprel 2018 17:00
13177
DÜNYA
A- A+

Jurnalisti canlı yayımda güllələdilər

Nikaraquada keçirilən etiraz aksiyalarını işıqlandıran jurnalistə canlı yayım zamanı atəş açılıb.


Adalet.az xəbər verir ki, bu barədə "Röyter” yazıb.

Blufilds şəhərində baş verən aksiyalar barədə canlı yayımda izləyicilərə məlumat verən jurnalist Anqel Qahon qəfil atəş nəticəsində başından yaralanaraq yerə sərilib.

Jurnalistə atəş açan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Məlumata görə, hadisə baş verən zaman yaxınlıqda etirazçıların qarşısını almaq üçün göndərilmiş hüquq-mühafizə orqanlarının əməkdaşları da olub.