adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Aprel 2018 16:18
6863
HADİSƏ
A- A+

Bakı metrosunda intihar: Qadın özünü qatarın altına atdı

Bakı metrosunun "28 May" stansiyasında intihar hadisəsi baş verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, hadisə bu gün saat 12:50 radələrində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı özünü qatarın altına ataraq canına qəsd edib. Hadisə ilə əlaqədar qatarların hərəkətində gecikmə yaranıb. Qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhfil verilib.