adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Aprel 2018 15:54
9207
MƏMLƏKƏT
A- A+

Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb

Yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 12533,3 milyon manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil edib. 

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2 faiz çox vəsait qalıb.