adalet.az header logo
  • Bakı 18°C
22 Aprel 2018 15:16
7580
HADİSƏ
A- A+

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Adalet.az-ın APA-ya istinadən məlumatına görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.