adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Aprel 2018 11:19
3916
HADİSƏ
A- A+

Bakıda mənzildən kişi meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşlardan biri, 1934-cü il təvəllüdlü Fuksman Ovsey Barisoviçi ölmüş, digər vətəndaşı isə halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.