adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Aprel 2018 12:22
221111
GÜNDƏM
A- A+

Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Adalet.az-ın məlumatına görə, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi məsələsinə baxılır.

İclasda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın yeni baş naziri kimi təsdiqlənməsi müzakirəyə çıxarılıb.

X X X

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun ölkənin yeni baş naziri vəzifəsinə namizədliyi təsdiqlənib.