adalet.az header logo
  • Bakı 12°C

QARABAĞ KAFE DEYİLDİ...

FƏRİDƏ RƏHİMLİ
51527 | 2018-04-20 16:47

Bu bahar günlərində kəndə yolumdüşdü. Yağı düşmənin uşaqlıq, gənclik xatirələrimi tapdalayıb viran etdiyi kəndimə.O xatirələri andıracaq kiçicik bir detalaxtardım, tapa bilmədim. Yolum bağlıydı uşaqlığıma, gəncliyimə. Düşmən o yolu, xatirələriminizlərini təkcə minayla, silahla deyil, həm də tikan-qanqalla bağlayıb...

Kəndə gedən yoldan başqa heç nəəvvəlki kimi deyil. Düzdü, o zamanlar torpaq yoldu, indi asfaltdı, amma yeniyolu köhnənin üstü ilə çəkdiklərindən ayaqlarım o yolu tanıdı. Evimizin yerində tikilən ev də ata evimixatırlatmır. Həyətdəki güllərin, ağacların, tikililərin hər biri yenidir, köhnədənbir ağacı belə saxlamayıb azğın düşmən. Bir ağacı belə! Heç olmasa o ağacınaltında oturub ötən günlərə bir cığır sala bilərdim. Həyətdə oturub, gözlərimiyummaqla ötən günləri xəyalıma gətirirəm. Arada, uzaqdan eşidilən atəş səslərixəyalımın qanadlarını qırsa da, yenə o günlərə geri dönürəm. Nə yaxşı ki, xatirələrvar! Doğrudur, ağrıdıcıdı, üzüntülüdü, qubarlıdı. Ən gözəl anı beləxatırlayanda qüssə burulğanına düşür insan. Bir dərdli müdrikin sözlərini xatırladım:Əgər dərdin tüstüsü olsaydı bütün dünyanı tüstü bürüyərdi. Orda, o an kəndimitüstü içində təsəvvür elədim. Mənim, o həyətin ortasında oturub dağılmış, viranolmuş, sonra yenidən abadlaşmış yurdumun dərdini çəkməm mənasız görünə bilər bəlkə,çünki o ağrını hiss etmək üçün o yaşantılar içinizdən keçməlidir. Kimin yurdyeri dərdi, göynərtisi, torpaq, el-oba itkisi varsa, o anlayar məni. Bu itki elə,bala itkisi qədər acıdı. Amma o yurdun düşmən əlindən keçib yenidən sənəqaytarılması, mənə görə, sanki tilsimi qırılmış, möcüzəsi faş edilmişillüziyaçının varlığı kimidir – kimsəyə maraqlı deyil. Çünki, həmin tilsim mənimuşaqlığımı, gəncliyimi keçirdiyim o yerlərdə idi, mənim gözümün-könlümünsevdiyi, alışdığı, ürəyimə, beynimə həkk olunmuş, hər bir guşəsi bir sevgi mənbəyiolan o keçmiş kənddə idi. O vaxtkı, keçməyə qorxduğum bol sulu Qarasuydu, yazdaötən məkik quşunun uşaqlıqda uydurduğumuz "tut, bit” mahnısıydı, həzin yay gecələrində,hekayələrini eşidib qəmləndiyim, səsi gələndə məni ağladan İsaq-Musaq quşuydu,sərhəd məftillərinin yaxınlığında bir-birinə aman vermədən vaqqıldaşantülkü-çaqqaldı, şor kanalda öz səslərindən feyziyab olan "qurbağalar orkestri”idi o kənddə...

İran İslam Respublikası ilə sərhədolan zonaya üz tuturam. Bəlkə bir xatirənin izini taparam deyə. Həyətinaşağısına enirəm – Araz çayının bir qolu olan Qarasuya tərəf. Uşaqlıq çağlarımagedən yolu, cığırı tikan, qanqal basıb. Gözüyumulu taparam dediyim yolu, habaxıram ayırd edə bilmirəm (Mina təhlükəsi xəbərdarlığı da var!). Kəndinaşağısında sonradan salınmış cığır məni sərhədə deyil, Cocuq Mərcanlı kəndinə tərəfaparır və məsciddə bitir. Bu kənddə heç vaxt məscid olmayıb. Ürəyə huzur verənazan səsindən sonra kənd camaatının oraya axışacağını zənn etsəm də, mənlə gedənlərdənbaşqa heç kimsə gəlmədi. Mən bəzilərinin fəxrlə dedikləri: "Şuşadakı Gövhər ağaməscidinin eynisini Cocuq Mərcanlıda tikdik” fikrini anlamaqda çətinlik çəkirəm.Yaxud, Ağdamdakı məşhur Çay Evinin... Sizə də elə gəlmirmi? O torpaqları gerialmadan onun kopyalarını çıxarıb dar çərçivəyə sığışdırmaqda nə məna görürsünüz?O müqəddəs torpaqlardakı yer adlarını restoranlara, şadlıq evlərinə, kafelərə, marketlərəverməklə işbazlar vətənpərvər olduqlarını nümayiş etdiklərini zənn edirlər.Amma bu, məndə ikrah hissi oyadır və məncəbu adların qoyulmasını qadağan etmək lazımdı. Bir neçə ildən sonra indi otorpaqlardan uzaq düşmüş uşaqlarımızdan, gənclərimizdən Qarabağ, Şuşa, Laçın, Kəlbəcər...soruşanda şadlıq evi, restoran, gecə klubu, market ünvanı göstərəcəklər. Ozaman onları başa sala bilməyəcəyik ki, Qarabağ kafe deyildi...

Bayaqdan düşünürəm, niyə kəndəgələndə xatirələr daha çox yapışır yaxamdan. Tapdım deyəsən, indi bildim mənixatirələrin ağuşuna atan kəndiminhavasıdı. Mərmilər, güllələr atılsa da, hava təmizdir, lap ondakı kimi. Mənə doğma olan – uşaqlığımdakı kimi,şirin yuxu verən təmiz hava elə əvvəlki kimi bihuşedicidi. Ciyərdolusu hava udabilirsən kənddə.

Sanki cılızlaşmış, suyu azalmış, sahilisozalmış çaya baxıram - axır, bir an gördüyün suyu bir saniyə sonra görə bilməzsən,çünki o su axıb gedir gözlərin qarşısındakı isə o deyil. Ömür də belədi, biranın qətiyyən o birini əvəz edə bilməz. Görəsən havadamı eynidir? Bəs niyə mənəbu qədər doğmadır. Elə o zamankı kimi! Hələ çiçəklər, baharın gəlişiylə hər tərəfəgözəllik, ən bahalı marka parfüm şirkətlərinin yaratmağa gücü yetməyəcək qədər əvəzedilməztəbii qoxu paylayan, rəngarəng çiçəklər. Ey qarı düşmən, bizim içimizdə bu istəkvarsa, qopara bilməzsən bizi torpaqlarımızdan! Sən nə qədər cəhd etsən də, butorpaq bizi səsləyəcək, özünə çəkəcək, torpaq özü bağlayacaq bizi yurda, elata.

Əmin Abidin təbirincə:

Sən bizimsən,bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa,çox yaşa, ey şanlı Azərbaycan!"

Amma səniqoruya bilmirik, gücümüz çatmır. Qarşında günahkarıq, günahsız yurdum. Şah babamız Xətai nəsihətini, vəsiyyətini bugünüçün etmişdi: "Ey türk oğlu, dilinin bir kəlməsini dünyanın ləl-cəvahiratına,bir ovuc torpağını dünyanın var-dövlətinə dəyişmə! Onu qoru və gələcək nəsillərəçatdır”. Qoruya bilmədik, Şah babam! Qoruya bilmirik. Əlimdən bir şey gəlmədiyiüçün mənə yalnız ötənləri xatırlayaraq kədərlənmək, ağlamaq qalır. Başqalarıuşaqlıq xatirələrini çözələyərkən "kəndimizdəki filan ağacın altı”, "filan təpəninüstü”, "filan dağın ətəyi” deyə bilirsə xoşbəxtdi, çünki biz onu deyə bilmirik,o xatirə erməni mərmisiylə dağıdıldı. İndi yenisini qururuq. Əlinizdə olanın qədrinibilin, - demək istəyərdim, amma xeyri yoxdu, çünki biz yenə unudacağıq, yenə əziləcəyik,yenə düşmənə qucaq açacağıq və yenə yurd həsrətiylə ulayacağıq...


TƏQVİM / ARXİV