Əbülfət MƏDƏTOĞLU: Ömrümdəki işıq

ƏBÜLFƏT MƏDƏTOĞLU
54012 | 2018-04-20 15:39

Bu yazını bilgisayara diktə etmək üçün özümü bir qədər ötən günlərə, illərəçəkib aparmağa çalışdım. Çünki yaşadığımhadisələr, eşitdiyim söhbətlər məni elə bir ovqatın içinə atmışdı ki, ordan çıxmaqüçün nə nərdivan tapa bilirdim, nə də ipucu. Ona görə də qalmışdım qırx arşınlıqqaranlıq quyunun dibinə düşmüş naçarlar kimi bir vəziyyətdə. Şükür ki, bu çox uzunçəkmədi. Yəni mənim ovtaqımın sözün qapısına doğru yönəldən bir Tanrı lütfü var.Yəni Allahın könlümdə, ruhumda cücərtdiyi sözlər, fikirlər, duyğular yardımçım oldular.Və mən də kökləndim həmin o mənə yardımçı olan duyğulara...

Həyat həm rəngarəngdi, həm də mənə görə adamı sıxan, canından bezdirən,hətta bəzən intihara tərəf çəkib aparan bir guşə. Yəni hər birimiz içərisində olduğumuz,üzərində dayandığımız, eləcə də özümüzü həsr etdiyimiz həyatın yaxasından elə yapışırıqki, sanki əbədiyik. Amma əbədi olmağın kimə aidliyini, kimə məxsusluğunu unutmaqvə unutduğumuza görə də özümüzü hardasa sığortalamamaq bizə baha başa gəlir. Bir az da sadə formada fikrimiifadə etsəm, hər bir insana bir dəfə verilənhəyat Tanrıya bəlli olan zaman kəsiyini əhatə edir - o zamanın olum və ölüm aralığı fərdlərin, eləcə də mənim, sənin həyatında.Bu həyatın da gecəsi, gündüzü, xeyri, şəri, gülü, çiçəyi, lap elə həşəratları daelə paylaşılıb, elə bölünüb ki, ondan hər bir fərdin qarşısına, payına, taleyinə,lap elə yazı-pozusuna nə isə düşür. İnsanbu dünya nemətlərinin demək olar ki, hamısının dadını bilir... İnsan bu həyatıngözlə görünməsi mümkün olan bütün gözəlliklərini və eybəcərliklərini izləmək haqqındanyararlanmaq gücünü özü ilə daşıyır. Burda bir məqam da var. O da kimin nəyi necəgörmək istəyidi. Yəni gözəlliyi eybəcərlik kimi, abadlığı bərbadlıq kimi görməkistəyənə ancaq Allah öz hökmüylə təsir edəbilər. Bax, elə bu yerdə də mənim ağlımdan gəlib keçir ki, insanın ən böyük xəstəliyielə yaxşını pis, gözəli eybəcər, abadı bərbad görməkdi. Bu xəstəliyi sağaltmağında yeganə yolu... məlumdu...

Hə, indi kökləndiyim ovqatın ipucundantutub getdikcə gözümün qabağında həmin o mənzərə canlanır. Mənzərə həqiqətən birgerçəklikdi. Yəni bölgələrimizin birində şahidi olmuşam buna. Bir məzarlıqda mərhumənin məzarı üstündəev tikilib. İçərisinin bütün əşyaları ilə birlikdə həmin mərhumənin guya rahatlığıtəmin edilib. Mən sevginin pik həddini Füzulidə, onun Məcnununda görmüşəm. Və MəcnunLeylinin qəbri üstündə dünyasını dəyişib haqqa qovuşduğundan da xəbərim var. Amma məzarlıqda qəbir üstündə ev tikənin, ora əşyalardaşıyanın, orda normal insanların evlərində olan şəraiti yaratmağın nə demək olduğunuheç cür anlaya bilmirəm. Bunun nə boyda sevgi olduğunu bəlkə də o evi tikən özübilir. Amma bu sevgi mənə çatmır. Və həttamənim üçün 70-80-ci illərin ən böyük sevgi şairi Nüsrət Kəsəmənlinin birmisrası həmin o evin bütün əşyalarından, bütün mənzərəsindən və o evin ifadə etdiyisevgidən milyon dəfələrlə böyük, möhtəşəm və güclü sevgidi.

İndi siz fikirləriməgörə məni qınaya bilərsiniz. Amma mən yenə deyirəm, daha doğrusu yazıram ki, bucür sevgilər yapışmır mənə, qondarma görünür. Və ...

Hə, bu qondarma görünəningerçək tərəfini mən sənə yazdığım misralardan hər kəsə bəyan etmək istəyirəm.


Bu gecəm yenə dədərdlə yükləndi,

Aldı duyğuların üstünübulud...

Bir az da yolumunyönü dikləndi -

Bir az da azaldı, kiçildi ümid...


Əyildi üstümə, qondu qaranlıq

Səssizcə içimi yonduqaranlıq...

Dünyam başdan-başaoldu qaranlıq -

Ağlayıb sızlama,gözünü qurut...


Həyat hekayəsi sanma,sən bunu

Ötəri duyğu tək anma,sən bunu!..

Heçkim duymayacaq yanmasan bunu -

Rahatol, yuxu tək sən məni unut...


***

Bəli,indi elə bir zamandı ki, hər gün maraqlı, qeyri-adi və yaxud da adamı əsəbləşdirən,adamın nifrət hissini ayağa qaldıran məqamlarla rastlaşmaq çox sadə bir hal alıbdı.Bu da təbii ki, həm elmi-texniki tərəqqini, həm də informasiyanın sürətindən qaynaqlanır.Kim harda, nə ilə qarşılaşdısa, dərhal onu telefonun yaddaşına köçürüb müxtəlif formalarda paylaşır, müxtəlif saytlarda yayımlayır.Ona görə də harda, hansı məkanda olmasından, baş verməsindən asılı olmayaraq, biranın içərisində az qala bütün dünya hər şeydən xəbər tutur. Bunu deməkdə məqsədimodur ki, indi təəccübləndirmək və köhnə kişilərin dediyi bir sözü "qulaq hərgün təzə bir söz eşitməsə kar olar" - deyimini təzə saymaq mümkün deyil. Onagörə ki, indi qulaq hər dəqiqə təzə söz eşidir, təzə fikrə qapısını açır...

Bax,mənim bölgədə görüb təəccübləndiyim həmino məqamın yerli sakinlər üçün heç bir önəmi olmadığını və onlar da bunu adi birhal kimi yanaşdıqlarını müşahidə edəndən sonra bildim ki, doğrudan da təəccüb zamanıötüb getməkdədi. Onun yerini indi başqa məqamlar, daha çox da ağına-bozuna baxmadanyaydığımız dadsız-duzsuz xəbərlər tutur. Bu xəbərlərin içərisində də manyaklıklabağlı hallar daha çoxalıbdı. Elə məni dəbir az haldan çıxarın, bir az sözə hörmətsizlik edənlərin ünvanına fikir söyləməyəməcbur edən də bərbad, bu əttökən, bu dəhşət saçan bilgilərin ictimailəşdirilməsidi.Sanki kimlərsə bu yolla reytinq qazanmaq, gündəmi əlində saxlamaq istəyir. Ammabilmir ki, bu kötəyin bir ucu da nə vaxtsa onun özünə də dəyəcəkdi...

Heçkimə sirr deyil ki, olmuşlar nə vaxtsa gün işığına çıxır. Yəni hansısa bir yolla,vasitə ilə məlum olur. Hətta ən böyük, ən ağır qətillərin də üstü nə vaxtsa açılır.Amma ürəkdə, ruhda, bir də əxlaqda baş verənqətllər, qətliamlar ən yaxşı halda yazıya köçür, bədii əsərin mövzusuna çevrilir.Mən öz ruhumda, öz dünyamda çəkdiklərimi, yaşatdıqlarımı, üstəlik mənə yaşadılanları,çəkdirilənləri həmişə həyatımın təkcə bir hissəsi, bir parçası yox, bəzən elə özübilirəm. Və düşünürəm ki, bu çəkdiklərimi qazanmışam, ona layiq olmuşam. Ona görədə heç vaxt Səndən gələn acını, Səndən gələnzərbəni qabaqlamaq, ona sərhəd çəkmək fikrində olmamışam. Axı, bu gələnin canındakıod, alov Səndən başlanğıcı götürüb, qığılcımını Səndən alıbdı. Onu Sən tuşlamısan,Sən ünvanlamısan. Və mən də üzümü Sənə tutub pıçıldayıram:


Buyaz səhərinin tumurcuq vaxtı

Qəfilşaxta kimi aldın üstümü...

Biranın içində çevirdin taxtı -

Biranın içində saldın büstümü -

ürəyindən...


Nədəgünah etdim, harda yol azdım

Bütüngücün ilə könlümü sıxdın...

De,nəyi mən kiçik hərflə yazdım

Acığasən mənim özümü çıxdın -

ürəyindən?!


Həyathekayəmin baş qəhrəmanı

Həmdə ki, ilk gündən həm yazarımsan...

Mənəyaşatdığın qəhərli anı

Mənimşəklim kimi sən asarmısan -

ürəyindən?!


***

Hərbir yazının kağıza köçməsi və oxucu qapısına gedib çıxması təbii ki, müəllifin ənböyük arzularından biridi. Heç kim istəməz ki, sözü ortalıqda qalsın, kimsə onuduymasın. Amma hərdən bu ortalıqda qalan sözə, ayaq altına düşmüş yazılı dəftərə,kitaba, qəzetə, bir sözlə, mətbu nümunələrə baxanda içimdən çox ağrılı bir hissgəlib keçir. Hətta bir dəfə böyük Füzulinin kitabını zibilliyə atılmış gördüm. Vəo kitabı ordan götürəndə bilmədim nə deyim, bilmədim ağlıma öncə hansı fikri gətirim?Sonra kimsə mənə təsəlli verdi ki, indi zibilliklərə nə qədər çörək atırlar, səndə kitabın dərdini çəkirsən?!

Doğrusu,mənə təsəlli verəni anlaya bilmədim. Bu insan mənəviyyatla mədəni fərqləndirə bilmir.Onun üçün mədəyə gedənlə ruha hopanın heç bir fərqi yoxdu. Məhz burdan qaynaqlanır bizim sözə sayğısızlığımız,yazıya hörmətsizliyimiz. Amma unuduruq ki, bizim alın yazımız var. Bax, elə bütün yazılar da o alın yazısınınüstündə pərvazlanır, üstündən mənə görə dünyaya boylanır. Təbii ki, bu da ziddiyyətli,mübahisəli fikir kimi görünə bilər. Bütün hallarda xoşməramlı mübahisələr, elmimüzakirələr uğura gətirib çıxarır. Düşünürəm ki, həyatın, əvvəldə dediyim kimi,ölçüsü, çəkisi, önəmi insanı özünüdərkindən, ruhunun qidalandırmasından daha çox asılıdır. Əgər ruh öz ehtiyaclarını, öz istəklərini vaxtındavə gərək olduğu qədər qəbul edə bilirsə, onun kimsəyə bir xətası toxuna bilməz.Və deməli, ruhun şad olması bax, bu yerdə özünü təsdiq etmiş olur.

Mənim bütün bu yazıboyu qabartmağa çalışdığım, diqqətə təqdim etmək istədiyim fikirlərin canında, qanındada bir ruh rahatlığı istəyi var. Yəni düşüncəm,çalışmam, hətta pıçıltılarım belə Sənə könül rahatlığı, Sənə iş avandlığı gətirməküçündü. Bilmirəm, bunu bacarıram, yoxsa yox, amma həqiqətən də dünyanın bütün gözəllikləri,bütün uğurlu, işıqlı olanları Sənin varlığından süzülüb gəlir mənə tərəf. Ona görədə nə yazsam, nə desəm, nə düşünsəm, onların hamısında baş qəhrəman Sənsən! HəttaSən bütün bunları inkar etsən də, üstündən, yanından ötüb keçib getsən də... Bulaqeydliyini, biganəliyini nümayişkaranə şəkildə göstərsən də. Mən bütün bunları üzülə-üzülə izləyib yenə kağıza,qələmə tərəf əyiləcəm. Və yazacam ki:


Gecikdim mən yenəhəmişəki tək

Arxanca bir ovucsu çiləməyə...

Mənsiz başladığınbu səfərində -

Sənə bir uğurlu yoldiləməyə...


Gecikdim, amma ki,bu gecikmənin

Səbəbi bil, səniləngitmək idi...

Bir az istəyinə təsireləmək -

Bir az həvəsini səngitməkidi...


Gecikdim, düşündümbir az yubansam

Yəqin nəsə olub!- deyib getməzsən...

Məniözün qədər sevib inansan -

Mənimyoxluğumu geyib getməzsən...


Gecikdim,sən bunu sayğısızlığa

Həttaayrılığa işartı saydın...

Susdum,ürəyimdə bu haqsızlığa -

Sənisə susmağı razılıq saydın...


Hə,bütün hallarda nə dünya sevgisiz, nə həyat yazı-pozusuz, nə də ruhlar qidasız qalmayacaq.Bu, danılmaz bir gerçəklikdi. Amma mənim bildiyim və inandığım bütün həqiqətlərin,bütün istəklərin fonunda bir məqam var. Oda ölməyən, itməyən, işıq kimi hər yerdən görünən sevgidi. Bunu bilə-bilə görməmək, onun üstünə getmək ən yaxşı halda küləkləvuruşmaqdı. Olsun! Bunun özü də hardasa sevginin bir naxışıdı. Mən isə öz istəyimdə,öz düşüncəmdə, öz məntiqimdə qalıram. Hətta məzarlıqda ev, qəsr tikməyin özündədə müəyyən sevgi var. Neyləyək, qoy o da olsun! Təki həmişə sevgi qalib gəlsin!


TƏQVİM / ARXİV