adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Aprel 2018 15:09
10843
GÜNDƏM
A- A+

Möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandanımız !

Ölkəmizdə keçirilən prezident seçkilərində qazandığınız möhtəşəm qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Xalqımızın yüksək etimadını qazanaraq aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin məntiqi nəticəsidir. Qürurla qeyd etmək istəyirik ki, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız inkişaf edərək dünyanın aparıcı ölkələri arasında öz layiqli yerini tutmuşdur.

Dünyanın müxtəlif ölkələrində yaşayan 10 minlərlə azərbaycanlı bu gün inkişaf və intibah tarixini yaşayan müstəqil dövlətimizlə və Azərbaycanımızı dünyaya tanıtdıran ölkə başçısı ilə fəxr edir.

Əziz Prezidentimiz !

Siz andiçmə mərasimindən sonrakı gündə ilk olaraq mühüm sosial müdafiə əhəmiyyəti daşıyan bir Fərman imzaladınız. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı verdiyiniz bu Fərmana görə Sizə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Cənab Ali Baş Komandanımız !

Biz də bu Fərmana düşən hərbi qulluqçu ailəsiyik. Həyat yoldaşımız suveren müstəqil Azərbaycanın mənafeyini müqəddəs tutaraq, torpaqlarımızın bütövlüyü uğrunda öz zabit borcunu layiqincə, şərəflə yerinə yetirərkən şəhid olmuşlar.

Biz iki bacı şəhidimizin beş övladını xalqını, Vətənini sevən və ölkəsinə ataları kimi ləyaqətlə xidmət edən ali təhsilli mütəxəssislər kimi yetişdirmişik. Bu gün yerində verilmiş bu Fərman şəhid övladlarına və ailə üzvlərinə bir daha sübut etdi ki, şəhidlər unudulmur.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə verilən bu Fərman bir daha göstərdi ki, Şəhidlər ölməz, Vətən bölünməz !

Ali Baş Komandanı olduğunuz Azərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını işğalçılardan azad edəcəyi günün yaxınlaşdığına əminik və bütöv Qarabağda, Şuşada Cıdır düzündə keçirəcəyimiz qələbə bayramını səbirsizliklə gözləyirik. Şəhid qanıyla suvarılmış müqəddəs torpaqlarımız düşmənin murdar ayaqlarından təmizlənəcək.

İnanırıq ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin - əzmkar sərkərdəmizin əmrinə müntəzir olan igid Azərbaycan oğulları, mərd ərənlər müsəlləh əsgər kimi Qarabağ uğrunda yürüşə başlayacaq, əsir Qarabağımızı xilas edəcəkdir ! Namərd düşmən layiq olduğu cəzasını alacaqdır.

Qoy Vətən bayrağı daim ucalarda dalğalansın! Heç vaxt hüznlə şəhid məzarları üstünə endirilməsin!

Gün o gün olsun bayrağımız yenə də Qarabağımızın göylərində, Şuşamızın qala divarları üzərində, Cıdır düzündə qürurla dalğalansın! Vətənimiz bayram etsin!

Uğrunda qanımızı tökdüyümüz Vətən bayrağı daima ucalarda olsun!

Qoy ulu Tanrı bu yolda Sizə yardımçı olsun. Amin !

Zati-alinizə uzun ömür, cansağlığı, səadət və ali dövləti vəzifənizdə bundan sonra da böyük uğurlar arzulayırıq.

Hörmət və ehtiramla

Azərbaycan Bayrağı ordenli şəhid zabit Nazim Cəbrayılovun həyat yoldaşı

R.Cəbrayılova

şəhid zabit Əşrəf İsmayılovun həyat yoldaşı

A.İsmayılova