adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Aprel 2018 14:38
7602
GÜNDƏM
A- A+

İlham Əliyev Kuba liderinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının Sədri Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

Adalet.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Sədr,

Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.