adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ŞEYTAN

FAİQ QİSMƏTOĞLU
60750 | 2018-04-20 14:16

…Gözəgörünməz vəqəribə bir varlıqdı. Bu barədə «Qurani-Kərim»də də bilgilər var. Bilmirəm siz şeytanı görmüsünüz,ya yox?! Amma mən o şeytanı görmüşəm. Bəlkə də yaxşı baxsanız siz də içinizdə, ətrafınızdabelə şeytanları görərsiniz. O şeytan ki, sizə o qədər yaxın olur ki, o qədər qəlbiniziniçinə girir ki, elə bilirsiniz ondan yaxın varlıq yoxdu…

… Və bir an ayılandahiss edirsiniz ki, elə yanınızdakı şeytan sizi yoldan çıxarıb və aparıb hansısabir qaranlıq aləmə. Bax onda özünüzə gəlirsiniz, dilinizdən bu sözlər çıxır: «lənətşeytana!».

Birdə dəli şeytan var. Və o dəli şeytan çox adamın qəlbində, iç dünyasında şeytanlıqeləyib və eləyir. Məsələn, mənim tanıdığım bir adam var, ancaq şeytanla yoldaşlıqeləyir. Deyir ki, Əzrayıl neçə dəfə gəlib mənim canımı almaq istəyib, amma dəlişeytanın əliylə ondan canımı qurtarmışam. Və dəli şeytan nə deyir, elə onu da qəbuledirəm və o yolla gedirəm. Hələ ki, getdiyim yolda büdrəməmişəm. Və o dəli şeytanməni düz ağ yolla harasa aparır. Hara apardığını bilmirəm, amma bir onu bilirəmki, dəli şeytanın dediyi ilə oturub-durandan sonra əməlli-başlı həyatımı qura bilmişəm.Tay bunun harası dəli şeytan oldu? Həmin adam onu da deyir ki, «şeytana lənət» deyəndəmənim içimdə bir qəzəb hissi baş qaldırır. Az qalıram yapışam həmin adamın yaxasından,yerə yıxıb sürüyəm. Başqalarını deyə bilmərəm. Hara gedirəmsə, hansı yoldan keçirəmsə,o yolda mənə dəli şeytan kömək edir…

… Belə rəvayət varki, bir gün insanla şeytan yolda rastlaşır. Bu vaxt eşşəyin belində bir adam gəlibonların yanından keçir. Bir az aralanandan sonra insan şeytana deyir ki, sən necəeləyə bilərsən eşşəyin üstündəki adam yerə yıxılsın. O da bir aşağı baxır, bir yuxarı,heç bir neçə saniyə keçmir ki, eşşək belindəki adamı honquldayaraq yerə çırpır.İnsan şeytandan soruşur:

- Axı, o adam bizdənnə qədər uzaqlaşmışdı. Bəs necə elədin ki, eşşək onu yerə çırpdı?!

Şeytan qımışır vədillənir:

- Bir at milçəyinigöndərdim ora, o da eşşəyin quyruğunun arasına girdi, başladı onu qıdıqlamağa. Bax,eşşək də həmin adamı yerə çırpdı. Mənim barmağım hara uzanırsa, orda mütləq birhadisə baş verməlidi…

Şeytanyenə insana sual edir:

-Bəs sən də bir şey bilirsən mənə de?!

İnsangülür və deyir:

-Qulağını bura gətir?

İnsanşeytanın qulağına nəsə pıçıldayır və şeytan donub qalmış halda səslənir:

-İnsafın olsun, mən hələ elə bir iş görməmişəm, Allahından qorx!..

İnsanındedikləri şeytanı nətəhər həyəcanlandırırsa,bir də ona yaxın gəlmir və deyir ki, elə Allah-Təala yaxşı eləyib sizi cənnətdənqovdu. Və mən də siz insanlarınzibilinə keçdim…

… İçimizdə, qəlbimizdə,ürəyimizdə bir də hiss eləyirik ki, nəsə qara-qura fikirlər dolaşır. Bax, o qara-qurafikirlər dolaşanda istər-istəməz şeytan insanın qəlbinə girir. Pak, təmiz, Allahını sevən və inanan insanların qəlbində oşeytan heç vaxt özünə yer tapa bilməz. Və o şeytanın o nurun, o işığın, o təmizliyinqarşısında gözləri qamaşır və bir anın içində ordan uzaqlaşır. Ancaq elə ki, hansısaqəlbdə, ürəkdə yer tapdı, məskən saldı, yuva qurdu, ordan qətiyyən çıxan deyil.Çünki o, axtardığını çox asanlıqla tapır...

… Hər kənddə-kəsəkdə,hər yerdə, hətta qonum-qonşuda və qohum-əqrəbada da bu cür şeytana xidmət edən vəşeytan xislətli insanlar var. Ömrü boyu ancaq kiməsə badalaq atar, pislik eləyər, hansı yazığınsa çörəyini əlindən alar. Və bununlada qürur duyar, fəxr eləyər. Deyər ki, mən filankəsin balalarını ağlar qoydum… mənfilankəsin çörəyini tökdüm… mən filankəsin yaxşı nəyi var idisə əlindən alıb çöllərəsaldım…

… Belə şeytanlarıçoxlarımız yaxşı tanıyırıq. Amma bəzən şeytanlığını üzünə deməyə cəsarətimiz çatmır.Bizim kənddə şeytanlıq eləyən, söz gəzdirən, kimlərinsə çörəyini tökən bir adamvardı. Və hamı da onu elə şeytan kimi tanıyırdı. Şeytan kimi tanıdığına görə də ondan uzaq gəzərdilər.Yalnız onun işi adamlara pislik eləmək, yuxarılara danos vermək, hətta ali məktəbəqəbul imtahanları verən gənclər haqqında müxtəlif şər-böhtan xarakterli ərizələrgöndərərək onları ali məktəbə qəbul olmağa imkan vermirdi. Və bu şeytan 90 ilə yaxınbir ömür yaşadı. Və axırda da dünyasını dəyişəndə hamı onun cəmdəyinə tüpürdü. Dedilərki, tay camaatın canı bu şeytandan yaxşı qurtardı. Amma o şeytan öldü, ondan sonracavan şeytan baş qaldırdı…

Bizim kənddə həmdə çox həyətlərdə və eləcə də bizim həyətimizdə qəribə bir ağac bitərdi. Və o ağacada heç kim yaxınlaşmaz, heç kəsib odun kimi də istifadə eləmirdilər. Çünki o ağacınadı belə adlanırdı: Şeytan ağacı! Qəribə idi ki, elə şeytana da oxşuyurdu. Çox dəhşətlibir qoxusu gələrdi. Elə bil «Qurani-Kərim»də təsvir olunmuş cəhənnəmdə bitən Zəqqumağacının iyini verirdi.

… Bir dəfə uşaq vaxtıyayda onun kölgəsində yatmışdıq. Yuxudanqalxandan sonra hamımız qusmağa başladıq. Bunu bilən böyüklərimiz bizə bərk əsəbiləşdilər.Dedilər ki, yatmağa bu yayın istisində yer tapmırsınız? Gedin ərik, alma, alça ağaclarınınaltında nə qədər yatırsınız, yatın. Bəs bilmirsiniz ki, şeytan ağacının altındayatanda o şeytan ağacı da sizin başınıza oyun açacaq? Tay o vaxtdan sonra biz uşaqlarbir də o şeytan ağacına yaxın durmadıq…

Hə, axı şeytandandanışırıq. Bax, bir az ətrafınıza boylanın, bir az kənarınıza baxın. Nə gördünüz?Gülər də deyir ki, Faiq müəllim, sizi gördüm. Hələ ki, şeytan görmürəm. Amma buşeytan elə bir şeydi ki, onu hər adam görə, hiss eləyə bilməz. Onu o vaxt hiss eləyirsənki, o şeytan söz aparıb söz gətirir, aləmi bir-birinə qatır, vəlvələ salır və biranda da yoxa çıxır...

…Bax, belə adamlaryəqin sizin də qarşınıza çıxıb. Bəlkə də çıxmayıb, deyə bilmərəm. Amma mənim qarşımaçıxanı var. Özü də ona deyirəm ki, sən şeytansanvə şeytanla dostluq eləyirsən. O da deyir ki, lap yaxşı eləyirəm. Mən şeytanam,özüm bilərəm. Hələ şeytan mənə bir şey eləməyib…

Bu qara-qura fikirləriheç özüm də bilmədim necə bilgisayara diktə elədim. Ancaq bildiyim odur ki, şeytanlayoldaşlıq eləyənlər, dostluq eləyənlər heç də ömürlərinin sonunda rahatlıq tapabilməyəcəklər. Çünki bir gün şeytan onlardan uzaqlaşacaq və həmin adam da qalacaqsəhrada olduğu kimi düzün ortasında. Düzün ortasında qalmaq istəmirsinizsə, şeytandan,şər qüvvələrdən, pisliklərdən, kiminsə haqqını yeməkdən, çörəyini əlindən almaqdanvə balalarını ağlar qoymaqdan uzaq olun!!!!..


TƏQVİM / ARXİV