adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Aprel 2018 15:48
17266
İQTİSADİYYAT
A- A+

Qlobal neft ehtiyatları azalıb

Qlobal neft ehtiyatı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarından sonra 300 milyonbarel azalaraq 2,83 milyard barelə enib.

Adalet.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu gün OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında deyib.

O bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft ehtiyatları 15 ay ərzində durmadan azalırdı. Neft ehtiyatlarının həcmi artıq 300 milyonbarel - 2,83 milyardbarelədək düşüb.