adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Aprel 2018 16:33
27134
TEXNOLOGİYA
A- A+

“Facebook”dan yeni istehsal

"Facebook” müxtəlif cihazlar üçün çiplər işləyib hazırlayacaq komanda formalaşdırmağa hazırlaşır.

Adalet.az-ın "Bloomberg”ə istiandən verdiyi xəbərə görə, bu yolla şirkət "Intel”, "Qualcomm” kimi iri istehsalçılardan asılılığı azaltmaq istəyir. Elan olunan vakansiyalardan birində bildirilir ki, "Facebook” xüsusi təyinatlı inteqral sistemlər (ASİC) və digər yarımkeçirici qurğular hazırlanması sahəsində mütəxəssis axtarır.

"Bloomberg” qeyd edir ki, "Facebook” öz çipləri üçün geniş tətbiq sahəsi tapa bilər. Məsələn, onlar sosial şəbəkənin data-mərkəzində yerləşən serverlərində istifadə oluna bilər. Bundan başqa, şirkətin gələcəkdə buraxacağı cihazları, məsələn, virtual eynək və "ağıllı” səsgücləndiriciləri öz çipləri ilə təchiz etməsi mümkündür.

Xatırladaq ki, "Apple” korporasiyası da "Mac” kompüterlərində "Intel” prosessorlarından imtina edərək öz çiplərinə keçməyi planlaşdırır. "Alphabet” də süni zəka texnologiyasını dəstəkləyəcək çiplər hazırlamaq üzərində işləyir.