adalet.az header logo
  • Bakı 17°C
20 Aprel 2018 15:28
8700
MƏMLƏKƏT
A- A+

Yeni kartinq mərkəzi açılıb


Bakı Su İdmanı Sarayının ərazisində kartinq mərkəzi açılıb.

Adalet.az-ın məlumatına görə, yeni mərkəzin xidmətlərindən yeddiyaşdan yuxarı sakinlər yararlana biləcək.

Bu mərkəzin açılmasında məqsəd avtomobil idmanına marağın artırılması və peşəkar "Formula-1” pilotlarının yetirişdirilməsidir.

Açılışda iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov da məhz bunu bildirib:

"Artıq üçüncü ildir ki, Bakıda "Formula-1” yarışı keçirilir. Bu yarış sayəsində Azərbaycanda gənclər arasında avtoidman növünə maraq formalaşıb.

Kartinq Mərkəzininaçılmasında əsl məqsəd bu sahədə yerli kadrların hazırlanmasıdır. İnanıram ki, bu mərkəz yaxın gələcəkdə ölkəmizə avtoidman növündə yarışacaq peşəkar pilotlar qazandıracaq”.

Qeyd edək ki, kartinq avtomobilləri Fransa istehsalıdır. Eyni anda kartinq yolunda 24 maşının hərəkət etməsi mümkündür.

Sürücülərə dəbilqə və od keçirməyən kombinezonlar verilir. Sürməyi yeni öyrənənlər iki nəfərlik maşınlardan istifadə edə bilər.