adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Aprel 2018 13:00
8600
İDMAN
A- A+

Ərdoğan Şenol Günəşə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kubokunun yarımfinal mərhələsində "Fənərbaxça” ilə cavab oyunu zamanı başından yaralanan "Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə zəng edib.

Adalet.az-ın "NTV Spor”un saytına istinadən yaydğı xəbərə görə, o, xəstəxanaya yerləşdirilən türk mütəxəssisə "keçmiş olsun” söyləyib.

Qeyd edək ki, "Fənərbaxça" ilə görüşdə tribunadan baş məşqçi Şenol Günəş başına yad əşya atılıb.Bu səbəbdən onun başına 5 tikiş qoyulub.


Əlavə edək ki, "Fənərbaxça" - "Beşiktaş" oyunu baş verən hadisələrə görə təxirə salınıb.