adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Aprel 2018 12:47
8599
HADİSƏ
A- A+

Gömrükdə papaq əməliyyatı

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.

DGK-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakıhavalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.

Faktla bağlı araşdırma aparılır.