adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Aprel 2018 12:01
6940
İDMAN
A- A+

FİFA üç klubu cəzalandırdı

FİFA-nın İntizam Komitəsiüç klubu cəzalandırıb.

Qol.az-ın qrumun saytına istinadən yaydığı xəbərə görə, Portuqaliyanın "Benfika” və "Sportinq”, İspaniyanın "Selta”klublarını cərimələnib.

Sözügedən klublar transfer reqlamentini pozub. Onlar futbolçularla, 3-cü şəxslərə klubların işinə və müstəqilliyinə təsir imkanı yaradan müqavilələr bağladıqları üçün sanksiyalara məruz qalıblar.

"Benfika” 150, "Sportinq” 110, "Selta” 65 min İsveçrə frankı cərimələnib.