adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2018 10:49
9781
İDMAN
A- A+

Şenol Günəşin başını yaran azarkeş tutuldu

Türkiyə kubokunun yarımfinal matçında "Fənərbaxça" ilə oynanılan derbidə "Beşiktaş”ın baş məşqçisi Şenol Güneşin başını yaran azarkeş polis tərəfindən saxlanılıb.

Adalet.az xəbər verir ki, oyun zamanı baş verən hadisələrə görə, ümumilikdə 32 nəfər tutulub.

Qeyd edək ki, matçın ikinci hissəsinin ilk dəqiqələri gərgin anlarla yadda qalıb. "Beşiktaş"ın ehtiyat qapıçısı Tolqa Zəngin onu təhqir etdikləri üçün "Fənərbaxça"lı azarkeşlərlə mübahisə edib. "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş futbolçunu sakitləşdirməyə çalışıb. Bu zaman azarkeşlər tribunadan yad əşyalar atıblar. Nəticədə baş məşqçinin başı yarılıb. O, ambulansa xəstəxanaya aparılıb. Ş.Günəşin başına 5 tikiş qoyulub. Baş hakim isə baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.