adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Aprel 2018 10:15
40248
ŞOU-BİZNES
A- A+

RƏQSANƏ İSMAYILOVA KİM OLURSAN YA!

Avtosfer.az-da bir video yayımlanıb. Müğənni Rəqsanə İsmayılova Yol Patrul Xidməti əməkdaşları ilə dava edib və həm də çığırır ki: "Sən Mahir ol, mən də Rəqsanə”.

O namərd Sovet hökuməti vaxtı polisə müqavimət göstərmək üç ildən beş ilə qədər həbs idi, kimliyindən asılı olmayaraq.

İndi videoya baxıram iki nəfərdilər, Rəqsanə həm dalaşır, həm də videoya çəkir.

Mən baxanda əməkdaşmız Ədil Ədilzadə deyir ki, müəllim o köhnə videodur. Rəqsanə indi Rusiyada yaşayır. Olsun köhnə video, mən indi gördüm və reaksiya verdim.

Amma Rəqsanə bu hərəkəti Rusiyada eləsə, onu əvvəl təpiklərinin altına salardılar, sonra da bir 3 il iş verərdilər. Nə isə...