adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Aprel 2018 18:00
8572
SİYASƏT
A- A+

Dünya liderləri İlham Əliyevi təbrik edib

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənabPrezident. Sizi yenidən Azərbaycan RespublikasınınPrezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Mən inanıram ki,Polşailə Azərbaycan arasındakı səmərəli əməkdaşlıq və dostluq münasibətləri dinamik inkişaf edərək ölkələrimizə və xalqlarımıza mühüm töhfə verəcək. Keçən ilin iyun ayındaPolşaya səfəriniz sayəsində iki ölkə arasında əlaqələr ən yüksək səviyyədə yeni mərhələyə qədəm qoydu. Biz xüsusən də iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi vasitəsilə bu əlaqələri daha da genişləndirmək istərdik.

Əminəm ki, Sizin prezidentliyinizin yeni dönəmində Azərbaycan hərtərəfli inkişaf, həmçinin yeni strateji əməkdaşlıq razılaşması çərçivəsindəAvropaİttifaqı ilə əlaqələrin genişlənməsi üçün əlavə imkanlar əldə edəcək. Ümidvaram ki, Azərbaycanın mühüm rol oynadığı bir neçə beynəlxalq infrastruktur və nəqliyyat layihələri regionun davamlı rifahını, təhlükəsizliyini və sabitliyini təmin edəcək. CənabPrezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində və uğurlu sosial-iqtisadi islahatların aparılmasında Sizə müvəffəqiyyətlər arzu edirəm”.

Finlandiya RespublikasınınPrezidenti Sauli Niinistö də Azərbaycan RespublikasınınPrezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb : "Yenidən Azərbaycan RespublikasınınPrezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. CənabPrezident, yüksək ehtiramımı qəbul edin".