adalet.az header logo
  • Bakı 21°C
19 Aprel 2018 17:52
15381
MƏDƏNİYYƏT
A- A+

Teatrda həftəsonu nələr olacaq?

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün maraqlı repertuar tərtib edib.

Teatrın mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, hər zaman olduğu kimi bu dəfə də teatrsevərlər sənət ocağının repertuarında olan rəngarəng səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar.

Belə ki, aprelin 20-də saat 19:00-da teatrın kiçik səhnəsində T.Vəliyevanın "Cəza” tamaşası nümayiş olunacaq. Teatrsevərlər aprelin 21-də Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları”, 22-də isə V.Siqarevin "Ağ ölüm” tamaşasına baxa biləcəklər. Hər iki tamaşa saat 19:00-da nümayiş olunacaq.

Məktəblilər isə aprelin 21-də A.Şaiqin "Tıq-tıq xanım”, 22-də isə A.Lindqrenin "Balaca və damda yaşayan Karlson” tamaşalarını izləyə biləcəklər. Tamaşalar saat 12:00 və 14:00-da nümayiş olunacaq.

Tamaşalarda əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Nübar Novruzova, Leyli Vəliyeva, Şövqi Hüseynov, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Manaf Dadaşov, Asya Atakişiyeva, Anar Seyfullayev, Vahid Orucoğlu və digərləri rol alıblar.