adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2018 17:48
9833
MƏMLƏKƏT
A- A+

Su anbarının yanından qumbara tapıldı

Bu gün saat 12:24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 14:09-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Xanlıqlar kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Adalet.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Ərazidə Ağstafa su anbarının ətrafına baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-365A), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd F-1 əl qumbarası və 1 ədəd PQ-15 raketinin gilizi (NBL-60)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.