adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Aprel 2018 16:37
5634
GÜNDƏM
A- A+

25 nəfərin öldüyü dispanserin direktoru işdən çıxarıldı

Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumatı təsdiqləyib.

O, bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.

Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.