adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Aprel 2018 15:26
16601
ŞOU-BİZNES
A- A+

Röya ilə Afaq barışdı

Şou-biznesdəki növbəti barışıq uzun müddətdir küsülü olan əməkdar artist Röya Ayxanla aparıcı Afaq Gəncəli arasında olub.


Adalet.az-ın məlumatına görə, onlar toy məclislərindən birində üz-üzə gəliblər və şəkil çəkdiriblər. Müğənni ilə aparıcının birlikdə çəkdirdiyi fotonu prodüser Tarix Əliyev (Tolik) İnstaqramında paylaşıb.

"Bunlar düzdür mənim "Kuvşin”im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm. Deyirəm ki, 3 dəfə burun, 8 dəfə diş əməliyyatına girdim. 300 dəfə də saçıma qaynaq etdirmişəm. Bəs mən niyə dəyişmədim? Ay millət, ekologiya budur. Telli xanım (Röya Ayxanın anası - red.), məni cəsur və qürurlu dünyaya gətirdiyin üçün təşəkkür edirəm.

Qeyd edək ki, məşhurlar arasındakı küsülülüyə səbəb "ATV maqazin onlarla” verilişində Röyanın əleyhinə yayımlanan süjet olmuşdu. İradə İbrahimovanın süjetdə Röyanın əleyhinə dediyi sözlər onun xoşuna gəlməyib. Etirazını bildirən Röyaya isə Afaqın cavabı başqa olub. Aparıcının sənətçi ilə bağlı verilişində süjetlər yayımlanmasına qadağa qoyduğu deyilirdi. "Hit-parad” rubrikasından belə mahnısı çıxarılan Röya Afaqla bağlı paylaşım edərək sərt sözlər yazmışdı:

Amma qəbul etməsən də, dədəmin də haqqı var. Afaqla başladım, anamla bitirdim. Cəmi 10-a yaxın kanalımız var, məni sevməyin, nə edim? Bu arada, onlar Nihat Odabaşı Bakıya gələndə onu çəkməyən maqazin proqramıdır. Niyə gəlmədiklərini indi başa düşürük. Sizdə belə şey yoxdur, amma bizdə hamı "star”dır”.