adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Aprel 2018 15:14
15434
DÜNYA
A- A+

İranda qum fırtınası şəhəri bir-birinə qatdı

İranın ürəyində yerləşən Yəzd şəhərində qorxu dolu anlar yaşandı. Təxminən 420 min əhalisi olan Yəzddə qum fırtınası həyatı iflic edib.


Tarixi görkəmilə turistlərin tez-tez ziyarət etdiyi Yəzddə dünən qum fırtınası olub. Xüsusil çöl bölgələrdən başlayan fırtına şəhərə sürətlə girməyi bacarıb.


Qısa zamanda gözlə görünən məsafə azalmağa başlayıb, fırtına şəhərin elektrik dirəklərini də yararsız hala salıb, şəhərdə işıqlar kəsilib. Qaranlıqda qalan İranlıların çəkdiyi fotolar və videolar sosial mediyada böyük diqqətə səbəb olub.


İran rəsmiləri tərəfindən verilən açıqlamada qum fırtınası nəticəsində ən azı 10 nəfərin yaralandığı deyilir. İran xəbər agentliyi İSNA isə küləyin sürətinin saatda 102 kilometrə çatdığını deyib.