adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Aprel 2018 14:42
5498
SAĞLAMLIQ
A- A+

Türkiyədə kütləvi zəhərlənmə - 167 şagird və müəllim xəstəxanada

Türkiyənin Kütahya vilayətində məktəblərin birində kütləvi zəhərlənmə baş verib.

Adalet.az-ın məlumatına görə, 167 nəfərin ürəkbulanma və qusma simptomları ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Onlardan 3 nəfərinin müəllim olduğu deyilir.

Hazırda xəstəxanaya yerəşdirilən şagird və müəllimlərin vəziyyəti normal olaraq qiymətləndirilir.

Zəhərlənmənin keyfiyyətsiz qida səbəbindən baş verməsi ehtimal edilir. Hadisə ilə bağlı cinayət işi açılıb.