adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Aprel 2018 14:36
7180
HADİSƏ
A- A+

Şabranda piyada yol qəzasında ölüb

Şabran rayonunun Sincanboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, aprelin 17-də saat 1 radələrində Şabran rayonunun Sincanboyad kəndində Balakən rayon sakini Bəşir Mutuxov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Uzunboyad kənd sakini Asim Cahangirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.