adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Aprel 2018 12:25
12274
DÜNYA
A- A+

İran yeni “yer-hava” tipli raket sistemini təqdim etdi

İranda Ordu günü münasibətilə keçirilən hərbi paradda "Kamin-2” yeni hava hücumundan müdafiə sistemi təqdim olunub.

Adalet.az-ın məlumatına görə, "yer-hava” tipli "Kamin-2” aşağı yüksəklikdə uçan pilotsuz uçuş aparatlarının vurulması üçün nəzərdə tutulub.

Qeyd olunub ki, həmin sistem 2010-cu ildə İran tərəfindən hazırlanmış "Mersad” hava hücumundan müdafiə sisteminin təkmilləşdirilmiş versiyasıdır.