ANA SƏHİFƏ / MÜSAHİBƏ

Elcan Rəsulov: "18+ solo konsert verəcəm" - MÜSAHİBƏ

22659    |   2018-04-19 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az saytı son zamanlar yaratdığı obrazlar ilə tamaşaçıların sevgisini qazanan aktyor Elcan Rəsulovla müsahibəni təqdim edir.

- Parodiyalarınızı tamaşaçılar çox sevir. Hansı verilişdə iştirak edirsinizsə, orada sizdən bir-iki də olsa, parodiya istəyirlər. Və demisiz ki, mən parodiyaya iş kimi baxıram, onu aktyor bacarmalıdır. Sizcə, siz parodiya edirsiniz, yoxsa yamsılayırsınız? Parodiya ilə yamsılamaq ayrı şeydir məncə.

- Bəli, son vaxtlar hara gedirdimsə, parodiya istəyirdilər. Artıq indi hansısa verilişdən zəng vurub parodiya üçün çağırırlarsa, getmirəm. Bəzən bu çağırılan qonaqlara da təsir edir. Parodiya ayrı şeydir, yamsılamaq ayrı. Bunu düz vurğulayırsınız. Parodiya ilə sırf məşğul olmaq lazımdır. Ona iş kimi baxıram. Amma o uşaqlar yamsılayırlar. Yamsılamağa da el dilində "ağız əymək” deyirlər. Bu da qarşı tərəfə təsir edir. Onlar "parodiya” etdikləri insanın ağzını elə pis formada əyirlər, qarşı tərəf də deyir ki, sən kimsən, məni parodiya edirsən? Əslində iki tərəf də bunun adını bilmir ki, parodiyadır, yoxsa yamsılamaq, yəni ağız əymək. Hamı buna parodiya deyir, nəticədə də parodiya gözdən düşür. Mən parodiya edərəm, amma yamsılamaq mənlik deyil. Onsuz da gündəlik həyatımızda bir-birimizi yamsılayırıq.


"Ciddi bir rejissor, ciddi bir film olsa...”


- Komedik rollarda oynayan aktyorların dram janrında filmlərə çəkilməyi normaldır amma bizdə bu təcrübə özünü doğrultmur. Məsələn, Fərda Xudaverdiyev "Gecə qonağı"nda bu sınaqdan çıxa bilmədi. Elə ən məşhur Kamal Sunalın özü də dörd-beş dramatik filmdə özünü göstərə bilmədi.

- Mən əslində istəyirəm ki, dram janrında aktyorluğumu göstərim. Estrada aktyorluğunu bitirmişəm. Düşünürəm ki, mən bunun öhdəsindən yüksək səviyyədə gələrəm. Özümə çox inanıram. Ciddi bir rejissor, cidi bir film olsa, düşünürəm, rolumu elə oynayaram ki, bu vaxta qədər oynadığım, hamının da sevdiyi komedik obrazların hamısı bunun yanında kölgədə qalar. Amma hələ ki, bu sahədə təkliflər var deyə komedik rolara çəkilirəm.

- Dram janrında filmlərin çox çəkilməməyi nə ilə əlaqəlidir? Komedik filmlərin axını bir aralar çox sürətləndi.

- Loru dillə desək, tutuzdura bilmədilər. Hər işin birincisinin uğurlu olmağı amili var. İki-üç uğurlu komediya filmi çəkildi, yeni idi deyə xeyli adamın da diqqətini çəkdi. İndi maşaallah olsun, zibilini çıxarıblar. Bu gedişlə növbəti illərdə inanmıram ki, uğurlu hansısa film çəkilə. Hətta fikir verirəm ki, özüm də çəkildiyim komediya filmlərindən başqa əksəriyyəti uğursuz, keyfiyyətsiz filmlərdir. Dramatik janra qalanda isə, üç-dörd film çəkdilər, uğur qazana bilmədilər. Ona görə də dramatik film sahəsində durğunluqdur. Əgər kimsə çıxıb uğurlu bir film çəksə, ardınca hamı dramatik film çəkməyə başlayacaq. Ümumiyyətlə, bizdə belədir də. Kino-kino oynayırıq, teatr-teatr oynayırıq. Bu sahə qəribədir.

Bir vaxtlar klip dövrü idi. Hamı klip-klip oynayırdı. Cavan uşaqlar rejissor olmaq istəyirdilər. Bütün müğənnilər klip çəkdirmək istəyirdilər. Sonra veriliş-veriliş oynadıq. Hərənin əlində bir proyekt qaçırdı televiziyaya. Sonra KVN-KVN oynadıq, hərə bir KVN komandası yaratdı. İndisə kino-kino oynayırıq. Sabah da maraqlı nəsə çıxacaq, onu oynayacağıq. Biz beləyik, hər şeyin suyunu çıxarana kimi əl çəkmirik.


" Nə vaxt səviyyəli nəsə göstərdiniz ki…”


- Bəlkə bu bizim tamaşaçı kütləsinin günahıdır ki, onlar komediyaya, gülməyə meyillidirlər? Yəni tələbat bunadır.

- Ola bilər ki, bu kütlənin günahıdır, amma biz kütləyə günahkar deyə bilmərik. Kütlə bu gün bayağı musiqi dinləyirsə, ucuz yumora gülürsə biz yenə də onu günahkar çıxara bilmərik. Çünki adama deyərlər ki, nə vaxt səviyyəli nəsə göstərdiniz, biz də gəlib baxmadıq?! Bayağı musiqi oxuyan dostlarımız hər gün bu işlə məşğul olurlar, hər gün nəsə yazırlar, onundan biri tutur. Amma peşəkarlar ildə birini ortaya çıxarırlar, o da uğurlu alınır, sonra yenə öz işləri ilə məşğul olurlar. Bu da belə. Hər gün komediya çəkirlər, axırda biri uğurlu alınır.

Buna tələbat deməzdim. Yaxşı mal həmişə yaxşı mal olub, bahalı olub və alıblar da. Ucuz mal hər gün alınır, çox satılır, demək olar ki, axşama qalmır, amma yaxşı mal sabaha da qalır, birisigünə də qalır. Onu alan da illərlə onu istifadə edir.

- Çox vaxt komediya filmlərində ləhcələrə üstünlük verilir. Elə "Oğlan evi"ndə oynadığınız rol da İran ləhcəsi ilə sevildi. Təbii ki, aktyorluğunuz da öz sözünü dedi, amma əksər komediya filmlərində, əsasən Naxçıvan, Qərbi Azərbaycan, Şəki ləhcələrindən istifadə edirlər. Ləhcəsiz komediya alınmır, yoxsa?

- Alınır, niyə alınmır ki? "Təhmin və Zaur”da heç bir bölgənin ləhcəsi yox idi. "Kəklikotu”da da. Ləhcəni də gərək yaxşı danışasan da. Gərək ləhcəni də yamsılamayasan, parodiya edəsən. Kimsə mənim ləhcəmdə pis danışsa, düşünərəm ki, məni dolayır, pisimə gələr.

- Elcan Rəsulovun film dünyasında hansı filmlər "ən"lər sırasındadır? Komediya olsun, dram olsun.

- Yüzlərlə film var. Azərbaycan filmləri də olsun, xarici filmlər də olsun. Məsələn, rus filmlərini sevmirəm. Rus filmləri mənə köhnə kimi gəlir. Türk filmlərinə isə heç baxmıram. Nə seriallarına, nə komediyalarına, nə də ki, filmlərinə.


"Bizimkilər işləmək istəmirlər, istəyirlər ki, asan yolla pul qazansınlar”


- Dünyada sırf komedik obraz kimi yetişən və tanıtdırılan aktyorları əksəriyyət tanıyır. Yəni aktyordan tək obraz yaradırlar. Məsələn, İtalyanların Çelentanosu, yaxud da türklərdə kifayət qədər belə aktyorlar var ki, silsilə filmləri var. Bizdə isə çox gözəl aktyorlar var idi, heç birini xüsusiləşdirə bilmədilər. Sizə elə gəlmir ki bizim tamaşaçı üçün də bir obraz yaratmağın vaxtıdır?

- Mən İranlı "Baba” obrazını "Oğlan evi” filmində yaratdım da. Dillərdə də, yaddaşlarda da qaldı. O obraza aid filmlər çəkmək olar. Yaxud da Atv kanalında "Ər və arvad” serialı gedir, Yaşar obrazını canlandırıram. Bizimkilər işləmək istəmirlər, istəyirlər ki, asan yolla pul qazansınlar. Bir də komanda işi yoxdur bizdə. Film də, serial da komanda işidir.

- Maşın şou-da iştirak etdiniz və oyunçu kimi də maraqlı idiniz. Deyirsiniz ki, şou-biznes nümayəndələri ilə dost deyiləm, salam-sağolum var. Şouda şou-biznes adamları ilə birlikdə çətin deyildimi?

­- Mən onlarla birlikdə deyildim ki. Mənim öz yolum, öz taktikam var idi. Mən orda ayrı bir respublika idim. Bir balaca şəhərim var idi, axıra kimi də onu qoruyub saxladım. Sonra şəhərin merini yuxu apardı, onunla da hər şey bitdi. (gülür) Hələ də şou-biznes adamları ilə dostluq münasibətim yoxdur, salam-sağol isə öz yerindədir.

- "Stand up” etməyi düşünürsünüz?

- Adını "stand up” qoymuram, solo konsert etmək istəyirəm bu yaxınlarda. Bu iş dekabr ayında baş tutacaq. Ayın neçəsi olacaq, necə olacaq, bu barədə mətbuata məlumat verəcəm, özü də birinci sizə.

- Azərbaycan insanını güldürdüyünüz mövzularla xaricdəki insanları güldürmək necə alınır? Səhv etmirəmsə, xaricdə də fəaliyyətiniz var. İngilis və rus dillərində əla danışırsınız.

- Bizimkiləri güldürmək daha çətindir, nəinki xariciləri. Onların güldüklərini burada bizimkilərə danışsam, məni qovarlar ki, get, işinlə məşğul ol, bu nədir?! Zövqlər müxtəlifdir. Hər xalqın öz yumor zövqü var. Bu arada onu da deyim ki, planlaşdırdığımız konsert Azərbaycan da daxil olmaqla beş ölkədə baş tutacaq.


"Təşkilatçılara tapşırmışam ki...”


- Konsertin təşkilatçıları kimdir? Bu barədə ipucu da olsa deyərdiniz

- Təşkilatçılar çoxdur, vaxtı çatanda onlar özləri sizinlə əlaqə saxlayacaqlar. (gülür) Təşkilatçıların çoxluğu bununla əlaqəlidir ki, günə iki konsert nəzərdə tutulub. Eyni məkanın sonuncu mərtəbəsində "18+” konsert olacaq ki, bu da yalnız gənclər üçün nəzərdə tutulub.

Konsetlə bağlı qalan şeylər hələ ki, gizli qalsın. Yaxşı, peşəkar jurnalistlərin iştirakı ilə konfrans təşkil edərik, orada bütün suallara aydınlıq gələr. Təşkilatçılara tapşırmışam ki, jurnalistlərə xüsusi yer ayırsınlar. Bizdə belə şeylərə bir o qədər də fikir vermirlər.

- Qabaqcadan reaksiyanın necə olduğunu fikirləşmisiniz? Düzdür, bunu konsert baş tutmamış bilmək olmasa da.

- Əslində çox ehtiyat edirəm, ona görə vaxtı da uzun müddətli düşünmüşəm. Mən ən yaxşısını etməyə məcburam artıq.



İmza:Emin Akif

Murad Arif: : “Söyüşcül olmaq istəyirdim” - MÜSAHİBƏ

Tarixin özünə çevrilən şahid - Ziyəddin Sultanov

"Hətta bəzən ateistlərin də içində Allaha inam var" - Hacı Şahinlə müsahibə

Azərbaycanda şair olmaq çox gülməlidir - MÜSAHİBƏ

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK