adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Aprel 2018 11:27
3759
HADİSƏ
A- A+

DMX: Altı nəfər qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidmətinin qa­nun­suz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 5 nə­fər Pakistan İslam Res­publikasının və 1 nəfər Türkiyə Respub­li­ka­sının və­­tən­da­şı ol­maq­la, ümumilikdə 6 əcnəbi sax­­­la­nıl­ıb.

DMX-dən Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

Qeyd edilən əcnəbilərin respublikanın hüdudlarından kə­na­ra çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərini da­vam etdirir.