adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2018 17:01
6898
İDMAN
A- A+

Yunanıstan yığmamızda oyundan imtina etdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı bir dəyişiklik edilib.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq. Yığmamız həmin gün Gürcüstanın U-20 komandası ilə qarşılaşacaq. Mayın 24 və 27-də isə U-20 komandamız, əvvəlcədən açıqlandığı kimi, Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.