adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Aprel 2018 16:17
10386
SİYASƏT
A- A+

Baxçalının erkən seçki çağırışına dəstək

Erkən seçkilər Türkiyə üçün xeyirli olacaq.

Adalet.az xəbər verir ki, bu sözləri İYİ Partiyanın sədr müavini Ümit Özdağ deyib.

"Biz seçkiyə hazırıq. Sədrimiz 15 iyul tarixini dəfələrlə dilə gətirib. Erkən seçkilər Türkiyə üçün xeyirli, qurtuluşun başlanğıcı olacaq. Seçkilərin ardından Türkiyədə yenidən demokratik hüquq dövlətinin qurulması ilə ölkəmizə gəlməyən sərmayə gəlməyə, Türkiyədən qaçan yetişmiş insan qüvvəsi geri qayıtmağa başlayacaq”, - Özdağ bildirib.

Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı bu gün partiyasının qrup toplantısında avqustun 26-da növbədənkənar prezident və parlament seçkisi keçirilməli olduğunu bildirib.