warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Mötəbər təşkilatdan Azərbaycanın ərazi bütövlüyünə dəstək Adalet.az | Mötəbər təşkilatdan Azərbaycanın ərazi bütövlüyünə dəstək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Mötəbər təşkilatdan Azərbaycanın ərazi bütövlüyünə dəstək

6268    |   2018-04-17 16:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

17 aprel tarixində Tacikistanın paytaxtı Düşənbə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 23-cü iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Adalet.az-a daxil olan məlumatda bildirilir ki, iclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tacikistana səfər əsnasında nazir müavini Mahmud Məmməd-Quliyev Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov ilə görüşüb. Səmimi dostluq şəraitində keçirilən görüşdə ölkələrimiz arasında ənənəvi tərəfdaşlıq münasibətləri qeyd olunaraq, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq müzakirə olunub.

İƏT-in iclasında çıxış edən nazir müavini Mahmud Məmməd-Quliyev İƏT çərçivəsində Azərbaycanın fəal iştirakı və üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı dəstəklədiyini, praktiki əməkdaşlığın gücləndirilməsinə xidmət edən bir sıra təşəbbüslər irəli sürdüyü, regional nəqliyyat dəhlizləri layihələrini təşviq etdiyini qeyd edərək, ölkəmizdə mövcud olan siyasi, iqtisadi sabitlik və həyata keçirilən islahatlar barədə məlumat verib.
İƏT xarici işlər nazirlərinin 23-cü iclasının nəticəsi olaraq Düşənbə kommunikesi qəbul olunub.

Sənəddə İƏT regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Sənəddə ölkəmizin iştirak və təşviq etdiyi Bakı-Tbilisi-Qars dəmir yol xətti, Şimal-Cənub nəqliyyat dəhlizi, habelə, Bakı-Ceyhan neft kəməri, genişləndirilmiş Bakı-Ərzurum təbii qaz kəməri, Azərbaycan-İran-Rusiya elektrik ötürmə xətti kimi irimiqyaslı regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.




İmza:

Tbilisi-Bakı-Minsk marşrutu ilə dəmiryol konteyner daşımalarının təşkili imkanları öyrənilir

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda- VİDEO

ETSN: Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil

Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq?

“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE

Prezident daha bir publik hüquqi şəxs yaratdı

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Vasif Talıbov 7 nəfəri əfv etdi

DTX-nin İctimai əlaqələr şöbəsi KİV nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edir

AŞPA-nın rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı

Prezident və xanımı Novruz şənliyində - YENİLƏNİB 2

General iki oğlu şəhid olan ailəyə baş çəkdi - FOTO

SON XƏBƏRLƏR
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK