ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda yeni yol tikilir

2676    |   2018-04-17 16:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Paytaxtın Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun tikintisi işlərinə başlanılıb.

Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib. Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir. Belə ki, 2,7 kilometr uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünü iki hissəyə böləcək 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23,5 metr enində yol yatağının tikintisi işləri aparılır.

Layihə çərçivəsində yeni yol 2 gediş - 2 gəlişli olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3,75 metr, hərəkət hissəsinin eni isə 15 metr nəzərdə tutulub. İstiqamətləri ayırmaq məqsədilə 1 metr enində yol ayrıcının inşası da planlaşdırılır.

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellər (416 və 206 metr) inşa ediləcək. Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də, Heydər Əliyev prospektinin "Koroğlu” metro stansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənir.




İmza:
SON XƏBƏRLƏR
2018-04-25
2018-04-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK