Stadiona ayı gətirdilər - Video
Rusiya 3-cü divizionunun "Maşuk” - "Anquşt” oyunundan öncə maraqlı hadisə baş verib.
Qol.az-ın xəbərinə görə, matçdan öncə stadiona ayı gətirilib.
"Tima” adlı xüsusi təlim görmüş ayı arenaya təlimçinin müşayiəti ilə gəlib. O, matçdan öncə tamaşaçıları salamlayıb.
"Tima”nın yayda Rusiyada keçiriləcək dünya çempionatında meydan sahiblərinin bir oyunundan əvvəl də stadiona gətirilməsi gözlənilir.