adalet.az header logo
  • Bakı 20°C
17 Aprel 2018 14:56
7558
MƏMLƏKƏT
A- A+

SOCAR TANAP layihəsində pay sahibi oldu

"SOCAR Turkey Enerji” şirkəti Transanadolu boru kəməri (TANAP) layihəsində yeddi faizlik payın sahibi olub.

Trend-in məlumatına görə, bunu Əskişəhərdə mətbuat konfransı zamanı TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

Bununla bağlı saziş bu il mart ayının sonunda imzalanıb.

Beləliklə, TANAP səhmdarlarının pay bölgüsü bu cür olub: "Cənub Qaz Dəhlizi” QSC – 51 faiz, "SOCAR Turkey Enerji” 7 faiz, "Botaş” – 30 faiz, BP – 12 faiz.