Monteneqro prezidenti İlham Əliyevi təbrik edib
Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.
Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının Zati-alinizin prezidentliyinin əvvəlki dönəmlərində ölkənizə qazandırdığınız uğurlardan məmnunluğunun, eləcə də indiki mürəkkəb dövrdə ölkəni məharətlə idarə etmək bacarığınıza tam inamın aydın sübutudur.
Əminəm ki, yenidən Azərbaycan Prezidenti seçilməyiniz beynəlxalq birlik tərəfindən də alqışlanıb. Çünki prezidentliyiniz dövründə nəinki Azərbaycan xalqının rifahı təmin olunub, hətta narahat bölgədə sabitlik möhkəmlənib.
Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı yüksək səviyyəli və daha da möhkəmlənən əlaqələrə görə Zati-alinizə minnətdarlığımı bildirirəm.
Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Digər Xəbərlər
18 Aprel 2024 19:00
Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50