adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Aprel 2018 14:38
6961
GÜNDƏM
A- A+

“Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır” - Tailandın baş prokuroru

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin Bakıda keçirilən 45-ci iclası mükəmməl təşkilatçılığa görə əvvəlkilərdən fərqlənir. Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi bizə xoş təsir bağışladı. Ölkəniz regional və beynəlxalq əməkdaşlıqda öz fəallığı ilə daim seçilir.

Bunu BPA İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasında iştirak edən Tailandın baş prokuroru Keunçai Çutivonqse AzərTac-a müsahibəsində deyib. Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirən K.Çutivonqse bildirib ki, qarşıda duran problemlərin həllində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Bu prosesdə Azərbaycan çox fəaldır. Azərbaycanın nümayəndələri BPA-nın və digər müvafiq beynəlxalq qurumların tədbirlərində aktiv iştirak edirlər. Xüsusilə, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yüksək səviyyədə aparılması ölkənizin bu sahədə qətiyyətini göstərir.