adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Aprel 2018 14:23
9685
MƏMLƏKƏT
A- A+

Kiçik və orta sahibkarlığın vergi yükü yüngülləşdiriləcək

Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünün yüngülləşdirilməsidir.

Adalet.az-ın məlumatına görə, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu, ölkədə kiçik və orta sahibkarlığın inkişafına imkan verəcək.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən son aylarda vergilər sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılır:

"Bunun əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünü əhəmiyyətli dərəcədə azaltmaq və vergi idarəetməsini təkmilləşdirməkdir. İri müəssisələrə gəldikdə isə bu sahədə əsas istiqamətlər həmin müəssisələrdə şəffaflığın və daxili hesabatlılığın səviyyəsinin artırılmasıdır. Bu, bir tərəfdən həmin müəssisələrin rəqabət qabiliyyətliliyinin təminatı olacaq, digər tərəfdən, vergi ödənişlərinin sabitliyini və dövlət büdcəsinə daxilolmaların səviyyəsini dəqiq müəyyən etməyə imkan verəcək”.(trend)