adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2018 14:13
15578
ELM VƏ TƏHSİL
A- A+

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə qalacaq

"Gələcəkdə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları cari ilin məzunları kimi iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər"

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, əvvəlki illərin məzunları bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməlidirlər.

"Əvvəlki illərin məzunları qəbul imtahanlarında iştirak edəcəkləri təqdirdə həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar. Bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə qalması planlaşdırılır”.