ANA SƏHİFƏ / MÜSAHİBƏ

Kamran Yunisi qiraətçi kimi bəyənmirəm... - Anar Adillə müsahibə

79112    |   2018-04-17 13:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar səsləndirdiyi şeirlərlə tanımışam Anarı. Elə də böyük dinləyici kütləsinin olmamağının səbəbi qiraətçiliyə başlamağının zaman kəsiyinin qısa olmağıdır. Amma Anarın həm səsi müqəddəsdir, həm də şeirləri maraqlıdır. İstədim ki, Anarla biraz dərdləşim. İnsanların da bu gözəl səs sahibindən xəbərləri olsun.


- Anar, axır zamanlar sosial şəbəkələrdə Anar Adil adlı qiraətçi meydana atılıb. Səsində həzin döyüşkənlik var. İnsanların ürəyini işğal edə bilir. Onu tanıyırsanmı?

- Hərdən görüşürük onunla. Hər döyüşdən sonra qalibiyyətini elan edir. Asta-asta dostlaşırıq.

- Bəs, onun şəxsi həyatı, taleyi? Harda, nə vaxt doğulub, sənəti nədir?

- Şəxsi həyatım, qısaca... Yuxumu qarışdırıb oyanıram qəfildən, gecdi.. Sən demə, bu dəfə də səhərə uduzmuşam. Bakıda doğulmuşam. 1981 ci il, mayın 22-si. Ailə vəziyyətimiz ağır idi, dünyaya lüt gəldim. (gülür) İki övladım var. Şirkətdə menecer işləyirəm.

- Bir şeyi kəşf etmək ya təsadüfdən doğur, ya da ehtiyacdan. Sən səsini necə kəşf etmisən?

- İstəkdən, özünə olan inamdan.Təsadüf deməzdim. Elə bil insanın harasısa ağrıyır, sağalmaq istiyirsən . O yükü üstündən atırsan, həm sən sağalırsan, həm də digərləri yoluxub şəfa tapır. Şükür olsun ki, səs gəlib tapdı məni. Mən ona qorxurdum yaxınlaşmağa..

- Şeiri səsləndirmək prosesi necə baş verir? Bir şeiri səsləndirmək üçün səsdən əlavə sənə nələr lazımdır?

- Bəzən bir şeiri 100 dəfə səsləndirirsən, amma alınmır. Şeiri şairin əlindən almaq lazımdı. Səsdən əlavə hər şey. Hava soyuqdu, üşüyürsən, əynini geyin, başın, ayaqların açıq qalsın. Səsi də şeirin əyninə geyindirməlisən, nə dar olsun, nə də gen..

- İndiki mühitdə qiraətçilər çoxdur. Çox adam şeir səsləndirir. Məsələn, şeir səsləndirənlər var ki, səslərində süni pafos, kədər hiss edirsən. Adam şeirdən iyrənir. Sən özün kimlərin qiraətlərini dinləyirsən, kimləri bəyənirsən, ya da bəyənmirsən?

- Mən, bəyəndiyim səslənmələri baxış sayına, gələn bəyənilərin çoxluğuna görə seçməmişəm. Nurəddin Mehdixanlı, Elxan Rza, Tural Əhmədin qiraətlərini bəyənirəm. Ustaddırlar bu sahədə.

- Bəs, kimi bəyənmirsən?

- Deyim, desinlər ki, qalmaqal yaradır?

- Niyə ki? Bəyəndiklərinin adını çəkirsənsə, bəyənmədiklərinin də adını çəkə bilərsən.

- Kamran Yunisi bəyənmirəm.

- Kamranda bəyənmədiyin nədir?

- Qırğın salırsan ha. Mən başqa qiraətçilərə qulaq asanda özüm dinləyici oluram. Məncə, bəyənməmək normaldı. Təhqir etmək günahdı..

- Ədəbi mühiti izləyirsənmi? Yəqin ki, müşahidə etmisən, ədəbi mühitdə qruplaşmalar var. Səncə, bu qruplaşmalar nəyə xidmət edir, lazımdırmı?

- Bəli, ədəbi mühiti izləyirəm. Düşünürəm ki, qruplaşmalar hər sahədə var. Burda da olacaq. Amması var. Gərək bu qruplaşmalar sənətə xidmət etsin. Hamının bir istəyi var, tarixə düşsün, yadda qalsın. Dünya ədəbiyyatına çıxsın. Çətindir...



- Şeir də yazırsan. Səncə, şeirlərin daha yaxşıdır, yoxsa qiraətçiliyin?

- Hə, əvvəllər belə deyirdilər. Qiraətçilər deyirdi ki, şeirlərin əladır, şair. Şairlər deyirdi ki, qiraətin möhtəşəmdi. Qalırdım mat-məəttəl. Sonra başa düşdüm ki, ikisi də var.

- Yəqin paxıllıqdan irəli gəlir bu münasibət.

- Bəlkə də...

- Anar, məncə, insan beynini və beyninin məhsulunu kapitala çevirməlidir. Yəni şair, yazıçı çıxartdığı kitablardan pul, qonorar qazandığı kimi digər sənət sahibləri də həmçinin. Sən səsini kapitala çevirməyi düşünmürsənmi? Məsələn, dublaj sahəsində işləyə bilərsən. Belə bir təklif olubmu heç?

- Vahid dublyaj evi yoxdu . Hər televiziyanın özünün dublyaj redaksiyası var. Bir dəfə təklif gəlib. Müəyyən səbəblərə görə alınmayıb. Ümid edirəm...

- Ümid deyəndə nəyi nəzərdə tutursan? Sən də oturub gözləyirsən ki, kimsə səni kəşf edəcək?

- Yox, bu ancaq nağıllarda olar. Bəlkə də çox tanınmamağımdan irəli gəlir

- Şeirini səsləndirdiyin şairlərlə görüşürsənmi? Ümümiyyətlə şeirləri necə seçirsən?

- Hə, görüşmüşük. Mətn hadisəsi olan şeirlərin hamısı olmasa da, bəziləri uğurlu olur. Oxuyuram, içinə girə bildimsə orda gecəliyirəm.

- Anar Adil... Anar adildimi, ədalətlidirmi şeir seçimlərində? Ruhuna yaxın dostlarının şeirlərini səsləndirir yoxsa dost olduğu şeirləri?

- Əvvəl belə deyildim, amma qurtuldum . İndi isə hə, son səsləndirdiyim şeiri paylaşandan sonra müəllif xəbər tutdu. Düzdür, 7-8 şeir var, göndərib səsləndirməyi xahiş ediblər. Ya mən yaxşı qiraətçi deyiləm ki, səsləndirə bilmirəm, ya da şeir.

- Hələ bir o qədər də tanınmırsan, amma balaca da dinləyici kütlən var. Sən qiraətçiliyi davam etmək barədə, tanınmaq barədə nə düşünürsən? Sənin üçün məşhurlaşmaq necə, maraqlıdırmı?

- Hamının içində bəslədiyi "mən" var. Sadəcə "Mən!" kimi böyüdə bilmərsən onu. "Sən" lərlə , "O" nlarla tanış etməlisən ki, "Sən" ola biləsən. Bu bir az da şans məsələsidir. Böyük hərflərlə inanıram.



İmza:Emin Akif

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK