ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SÜKAN ARXASINDA YATANDA…

4068    |   2018-04-17 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç kimə sirr deyil ki, bəziləri nəqliyyat vasitələrini idarə edərkən ya sükan arxasında yuxulayır, ya mürgüləyir, ya da yatır. Təbii ki, belə vəziyyətdə avtomobili idarə etmək heç də çox vaxt yaxşılıqla başa çatmır. Başqa sözlə demiş olsaq, sükan arxasında yatan sürücü həmin nəqliyyat vasitəsini ya aşırır, ya da avtomobil gedib başqa bir maşına çırpılır.

Aydındır ki, bu cür hallarla mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları mütəmadi olaraq mübarizə aparır. Hətta sürücülərin maariflənməsi üçün bir qayda olaraq qış və yaz mövsümündə stosionar postlarda sürücülər saxlanılır, onlara xəbərdarlıq edilir və bir daha tövsiyə olunur ki, hər hansı bir sükan arxasında əyləşən şəxs yuxusu gəlirsə, avtomobilin hərəkətini dayandırsın, yaxınlıqdakı stasionar postlarda əl-üzlərini soyuq su ilə yusun, bir qədər dincəlib bundan sonra sükan arxasında əyləşsinlər.

Təbii ki, bu cür qabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsi istər-istəməz mövcud nöqsanların aradan qaldırılmasına böyük köməklik göstərir. Ancaq gərək hər bir sürücü də sükan arxasında əyləşərkən yuxuladığını, yorğunluğunu hiss edən kimi avtomobilini saxlasın və dincini alıb bundan sonra hərəkətinə davam eləsin. Təəssüflə qeyd eləməliyik ki, elə sürücülər var istirahət etmədən sutkanın 16 saatını sükan arxasında əyləşirlər. Bax, belə halarda həmin sürücünü bir anlıq da olsa yuxu tutur və baş verə biləcək qəzadan canını qurtara bilmir.


O da hamıya yaxşı bəllidir ki, yol polisi əməkdaşları xidmət apararkən bu cür halların aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirir. Bu mənada Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da yaz mövsümü ilə əlaqədar olaraq hərəkət iştirakçılarına qarşı daha diqqətlidilər. Yəni Bakı-Qazax avtomobil yolunun Ələtə qədər olan istiqamətində yol hərəkəti qaydalarını tənzimləyərkən bu cür mövcud problemə qarşı qabaqlayıcı tədbirlər gerçəkləşdirirlər. Elə bir gün, elə bir saat olmaz ki, xidmət aparan yol polisi əməkdaşları sürücülərin sükan arxasında yuxulamasının qarşısının alınması üçün hansısa addımı atmasınlar. Ən çox da stasionar postda bu cür maarifləndirici tədbirlər həyata keçirilir.

Bir neçə gün bundan əvvəl bir çox saytlarda Qaradağ postunda «Kamaz»la bir «Jiquli»nin toqquşması barəsində xəbər yayılıb. Həmin xəbərdə bildirilir ki, «Kamaz» markalı yük avtomobili ilə «VAZ-2107» markalı avtomobil toqquşub. Qəza nəticəsində 1984-cü il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib. Hadisə yerinə dərhal YPX-nin və FHN-nin əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb. Xəbərin bu hissəsi həqiqətə uyğundur.

Həqiqətə uyğun olmayan məqamla bağlı 6-cı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizə belə məlumat verdi: «Düzdür, həmin yol nəqliyyat hadisəsi baş verib. Və «Jiquli»ylə «Kamaz» markalı maşın toqquşub. Ancaq həmin hadisə postda deyil, postdan 3 km uzaqda baş verib. Belə ki, yolun ehtiyat hissəsində «Kamaz» markalı maşın dayanıbmış. Bu vaxt «VAZ-2107» markalı avtomobili idarə edən Mənsur Qasımov yuxulu olduğu üçün idarəetməni itirib, nəqliyyat vasitəsi gedib «Kamaz»la toqquşub. Hadisə yerinə öncə yol polisi əməkdaşları çatıblar. Bundan sonra digər əlaqədar qurum da hadisə yerinə dəvət olunub. Yəni yol polisi bütün lazımi tədbirləri operativ olaraq yerinə yetirib. Və həmin hadisədə heç bir yol polisi qınanmalı deyil. Ən azından ona görə ki, bizim əməkdaşlar xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirirlər. Əgər «VAZ-2107» markalı avtomobilin sürücü sükan arxasında yatmasaydı, faciləi hadisə də baş verməzdi.

Göründüyü kimi, Yol Patrul Xidməti Alayının 6-cı tağımiının əməkdaşları sutkanın 24 saatını var qüvvələriylə işləyirlər. Təbii ki, hər hansı bir hadisə, qəza baş verirsə, bunun da səbəbləri araşdırmalı və kimlər məsuliyyət daşıyırsa, onlar da cavab verməlidilər.

Onu da qeyd edək ki, 6-cı tağımın əməkdaşları yaz mövsümüylə əlaqədar olaraq şənbə-bazar günləri reydlərdə yaxından iştirak edir. Yol hərəkəti qaydasını pozan sürücülər intizama dəvət olunur. Belə ki, yol polisi əməkdaşlarından Əşrəf Orucov, Vaqif İsmayılov, Elmir Məmmədov, Abbas Abdullayev, Anar İbrahimov, Əhliman Məmmədov keçirilən reydlərdə tapşırılan işin öhdəsindən bacarıqla gəlməyə çalışırlar.

Havalar get-gedə bir qədər də isinəcək. Bir neçə aydan sonra isə yay gələcək. Bax, onda sükan arxasında əyləşmiş sürücülər bir şeyi yaddan çıxarmamalıdılar: yuxuları gələn kimi nəqliyyat vasitəsinin idarə edilməsini dayandırmalı, bir müddət istirahəi etməli, əl-üzlərini soyuq suyla yumalı, bundan sonra avtomobillərin sükanı arxasında əyləşməlidilər.

Hər halda, bir çox qəzalar sürücülərin səhlankarlığından və diqqətsizliyin baş verir. Deməli, hər bir sürücü bayaq dediyimiz kimi, yuxulamamaq üçün məsuliyyətli olmalı, özünün və avtomobildəki sərnişinin taleyi haqqında ciddi fikirləşməlidir.




İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK