ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM Beynəlxalq Forum keçirəcək

4210    |   2018-04-17 12:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

23-26 aprel 2018-ci il tarixlərində Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın "Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə III SOCAR Beynəlxalq Forumu keçiriləcək.

BANM-dan Adalet.az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan "DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” adlı forum Xəzər regionunun neft təqvimində ən mühüm hadisələrdən olacaq. Forumda dünyanın 20-dək ölkəsindən 250-dən artıq iştirakçı və 45-dən çox məruzəçi iştirak edəcək.

Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

Üç gün davam edəcək forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq. Üç günlük tədbir bitdikdən sonra isə 26 aprel tədbir iştirakçıları üçün texniki səfərlər təşkil olunacaq.

Forumda iştirak edəcək şirkətlər arasında dövlət idarə və müəssisələri, neft-qaz şirkətləri (treyderlər, NEZ və neft çıxarma), nəqliyyat şirkətləti (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltınq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr olacaq.

Qeyd edək ki, ənənəvi olaraq artıq üçüncü ildir ki keçirilən forumda ötən il İsveçrə, Türkiyə, Latviya, Litva, Danimarka, Belçika, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, BƏƏ, ABŞ, Venesuela, Çin, həmçinin Mərkəzi Asiya və MDB ölkələrindən neft-qaz sektorunun nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələri iştirak edib.

Forum haqqında əlavə məlumatıhttp://socarforum.comsaytından almaq mümkündür.

İmza:

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

600-dən yüksək bal toplayanlara UNEC-də inanılmaz fürsət

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16

VİDEO

ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.

digər lətifələr
ARXİV
FACEBOOK