adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Aprel 2018 12:03
13222
DÜNYA
A- A+

“Heç vaxt olmadığımız qədər güclüyük” - İsraildən dünyaya mesaj

"İsrail yəhudi xalqının özünü istənilən təhlükədən qorumaq qabiliyyətini bərpa edib"

Adalet.az "TASS”-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdə illik Ümumdünya İsrail Milli Fondu "Keren ha-İesod”un konfransında çıxışı zamanı deyir.


"Müasir sionizmin yaradıcıları yəhudi dövlətinin yaranması ilə yəhudi xalqına qarşı hücumların sona çatacağını deməmişdilər. Onlar demişdilər ki, biz özümüzü bu hücumlardan qoruya bilərik. İsrail məhz bunu etdi. İsrail yəhudi xalqının özünü istənilən təhlükədən qorumaq qabiliyyətini bərpa elədi. Biz heç vaxt olmadığımız qədər güclüyük”, - Netahnyahu vurğulayıb.(azvision.az)